Şou-biznes

Aysel Əlizadənin yeni sevgilisi - ləqəbi "Yetim" - YENİLƏNİB

19 Aprel 2017 13:22
21 Şərh     Baxış: 16 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:22

Milli.Az-ın qafqazinfo-ya istinadən məlumatına görə, Aysel Əlizadənin "Yetim" ləqəbli sevgilisi Bakıda məşhur avtoqaleriyanın sahibi Elçindir.

O, Aysel Əlizadə üçün son model olan "Porsche" almaqla yanaşı, xüsusi məna kəsb edən dövlət nömrə nişanı da hədiyyə edib. "90 EA 333" seriyalı nömrədə cütlüyün adlarının baş hərfləri əks olunub.

-----------

12:29

Müğənni Aysel Əlizadə yeni eşq macəraları ilə gündəmə gəlib.

Milli.Az bakipost.az-a istinadən xəbər verir ki, onun yeni sevgilisi ilə münasibətləri şou-biznes aləmində əsas müzakirə mövzusuna çevrilib. Məlumata görə, müğənni avtomobil alqı-satqısıyla məşğul olan, bu sahədə məşhur bir şəxslə münasibətdədir. 

Həmin şəxsin müğənniyə son model "Porsche" avtomobili və digər bahalı hədiyyələr aldığı, ona görə evindən uzaqlaşdığı bildirilir. Həmin şəxs 45 yaşındadır, daha çox "Yetim" ləqəbi ilə tanınır.

A.Əlizadənin köməkçisi Ləman Tağıyeva açıqlamasında məlumatı təkzib edib.

Qeyd edək ki, müğənni bir müddət əvvəl maqazin verilişlərinin birində imkanlı bir şəxslə evlənmək istədiyini bildirmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.