Ruhəngizin düz ayaqları, əməkdar Anar, "Aygünü söyün" kampaniyası, ağacla sevişən Elza - HƏFTƏBECƏR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (117-ci say) təqdim edir.

Əməkdar artist Ruhəngiz Allahverdiyeva sosial şəbəkədə onun haqqında tənqid yazanları vecinə almır. Özü belə deyib. Bildirib ki, yaşına uyğun geyinmədiyini söyləyənlərin dedikləri heç onun vecinə də deyil. Bu arada vec insanın hansı hissəsində olur, araşdırdım. Maraq üçün siz də araşdıra bilərsiniz. Amma bir az çətin olacaq:
"Yazsınlar, vecimə də deyil. O yazanların səhifəsi ancaq bağlı olur. Biz adi insanlar deyilik, müğənniyik. Hər şeyin əndazəsi var, yaraşanı geyinirik. Əyri ayaqlarımı bayırda qoymuram ki..."
Orda bir cümlə var ha, diqqətlə oxuyun. Deyir ki, adi insanlar deyilik, müğənniyik. Bax sonra camaat deyəndə ki, filankəs müğənnidir, ondan nə istəsən gözləmək olar. O zaman sənətçilər hurrey eləyirlər ki, nə danışırsınız, biz də sizlərdən biriyik. Ancaq mənim fikrimcə, elə ən doğru etirafı Ruhəngiz Allahverdiyeva edib. Bəli, o, adi insan deyil, müğənnidir, əməkdar artistdir. Özünün də nə az, nə çox, düz 62 yaşı var. Ayaqları da əyri deyil...
Bir sənətçi var. Axır vaxtlar tez-tez dadlı-duzlu söhbətlər edir, adət-ənənədən danışır. Hələ o vaxt toyuna da jurnalistləri buraxmamışdı və mənə hələ də maraqlıdır ki, hansı jurnalist onun toyunda iştirak etməyə belə həvəsliydi. Nəysə, sözüm onda deyil. Hamilə həyat yoldaşı ilə fotosunu paylaşıb. Görünür, belə bir məcburiyyət varmış.
Akademik Milli Dram Teatrının aktyoru Anar Heybətov, nəhayət ki, layiq olduğu əməkdar artist fəxri adını aldı. Məncə, Anarın yetərincə pərəstişkarı və tamaşaçısı var. Biz də təbrik edirik.
Xalq artisti Aygün Kazımova sosial şəbəkədə belə bir status yazıb:
"Şərhləri bağlamayacam. Ürəyiniz istədiyinizi qədər söyün, təhqir edin, səhvlər tutun. Bir sözlə, neqativlərinizi, stresslərinizi atın. Canlarım mənim, mənə xoşdur. Təki sizə bir balaca da olsa, xoş olsun".
Xahiş edirəm, Aygünün xahişinə burada əməl etməyin. Amma kim istəsə, profilini tapıb ürəyini boşalda bilər. Bu, həm də gənc sənətçilərə bir xalq artisti nümunəsidir.
Rəqsanə bir maşın fotosu paylaşıb və ərinə yazıb ki, "krısalıq eləmə". Doğrudan da, ailədə mehribançılıq başqa zaddı. Gör mehribançılığın, səmimiyyətin dozası nə qədərdisə, Rəqsanəyə maşın almaq məsələsi ictimai müzakirəyə çıxarılıb. Rəqsanənə şükür, ilahi!
Aparıcı Könül Muxtarova deyib ki, həyatımın Bred Pitini gözləyirəm. Bred Pit bu açıqlamanı oxusa, vəssalam. Onsuz da, Ancelinayla araları sərindi. Bir də gördün üç günə Bakıdadır.
Elza Seyidcahan təzə şeir yazıb. Şeir belə adlanır - "Ağacla sevişirəm, seks olmasa, həyat olmaz". Qulpqoyan dayı burada qulağıma pıçıldayır ki, ağacdan muğayat ol, bala.
Xalq artisti Yalçın Rzazadə deyib ki, anlamıram, villa nə olan şeydir. Heç də təəccüblü deyil. O villalardan bir gecəyə şou ulduzları çıxıblar e, Yalçın müəllim.
Çoxdandır sizə əhvalat yazmıram. Bəlkə birini yazım? Deməli, günlərin birində ana qızının evinə qonaq gəlir. Görür ki, ev dağınıqdır, qablar sınıb.
- Qablar niyə sınıb?
- Dalaşmışıq.
- Bəs divan?
- Barışmışıq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Komedixana"nın aktyoru özünə yeni ev aldı
-
Serenay Sarıkayanın yeni layihəsi
-
"Mənimlə bir dəfə şəkil çəkdirib, deyir ki, ustadımdır"
-
"Yeraltı"nın aktyoru Ərdoğan və xanımı ilə bir arada - FOTO
-
"Oğlumla gəlinim hər şeyi mənə deyir, evlərinin açarı da varımdır"
-
“Xaç atası”nın aktyoru vəfat etdi - FOTO
XƏBƏR LENTİ
-
Ürək üçün ən faydalı 10 QİDA
-
Evdəki gizli təhlükə: Tozsoranla bağlı bilinməyənlər...
-
Hündürlükdən yıxılırmış kimi hiss etmək bu problemlərin xəbərçisidir
-
Yayda sağlam qaralmağın yolları nələrdir?
-
Bakının bu rayonlarında işıq olmayacaq
-
“Real”ın baş məşqçisi klubdan ayrıldı
-
Əraqçi: Bölgəni tərk edin
-
Ədviyyatlı, kartoflu, xırçıldayan üçbucaq börək resepti
-
Sərt dəsmalları pambıq kimi yumşaldır: Sirkə əvəzinə bunu əlavə edin
-
Marsda nəhəng canlının olduğunu göstərən görüntü həqiqətdir? - FOTO
-
Günün qoroskopu: Həyatınıza ciddi və uzunmüddətli insan daxil ola bilər
-
Millimiz qalib gəldi - YENİLƏNİB
-
"Turan Tovuz"dan ilk transfer
-
Gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyalarına start verilib - FOTO
-
Qədim Çin bitkisi keçəlliyə qarşı ümid verdi: Saç köklərini yeniləyə bilər - FOTO
-
Çiyələk mürəbbəsinin qatı olması üçün nə etməli?
-
Bərdə sakini ilə qaçan məktəbli qız tapıldı - YENİLƏNİB
-
"Zirə" futbolçusu ilə yolları ayırıb
-
Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib
-
“Məni vurdu, dedi ki, evdə desəm, qiymətimi kəsəcək”
-
"Komedixana"nın aktyoru özünə yeni ev aldı
-
Serenay Sarıkayanın yeni layihəsi
-
“Brent” ucuzlaşdı
-
"Mənimlə bir dəfə şəkil çəkdirib, deyir ki, ustadımdır"





