Şou-biznes

Ölüm xəbəri yayılan Kübra Əliyeva: "Şok olduq" - FOTO

6 Oktyabr 2016 10:56
5 Şərh     Baxış: 13 615
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün sosial şəbəkələrdə əməkdar artisti Kübra Əliyevanın ölüm xəbəri yayılmışdı.  Bəzi mənbələr hətta əməkdar artist Aybəniz Haşımovanın şəxsi hesabında aktrisanın vəfat etdiyini yazdığını qeyd ediblər.

Primetime.az-ın əməkdaşı Kübra xanımla telefon əlaqəsi saxlayaraq, yayılan xəbərlərə aydınlıq gətirməyə müvəffəq olub:

"Vallah, mən şou-biznes adamı deyiləm ki, buna ehtiyacım olsun. Özümüz də bu xəbərləri eşidəndə şok olduq. Dedilər ki, Aybəniz Haşımova belə bir xəbər yazıb. Mən də Aybəniz xanımla əlaqə saxlamaq istədim, amma telefonuma cavab vermədi.

Kimsə Aybənizə xəbər verəndən sonra ki, mən sağ-salamatam, o, yazdığını silib. Sonra Faiq Ağayev yazdı mənə, ona bildirdim ki, sağam, yaxşıyam. Şükür Allaha, ondan sonra hər kəs bildi ki, yayılan xəbərlər yalandır".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.