Lakin aprelin 14, 15 və 16-da Heydər Əliyev Sarayında "Planeta Parni iz Baku" KVN teatrının yubiley konserti ərəfəsində Cabir İmanov bir qədər yumşaldı və Trend -in qonağı oldu.
- Publikanın sevimlisi, məşhur KVN-çi və ... 34 yaşlı polis polkovnik-leytenantı. Hüquq-mühafizə orqanlarına düşmək ağlınıza necə gəldi?
- Bu mənim uşaqlıq arzum idi , hamı həkim və ya diplomat olmaq istəyəndə, mən həmişə polis olmaq istəmişəm. Bilmirəm bu haradandır, bəlkə də silaha və formaya olan sevgidəndir. Lakin mən daima zəifləri müdafiə etmək və insanlara dinc, firavan yaşamaq imkanı vermək istəmişəm. Beləliklə də artıq 12 ildir xidmət etdiyim h üquq-mühafizə orqanlarına düşmək ağlıma gəldi .
- Hər halda mənə qəribə gəlir - belə KVN-çi və birdən polisdə işləyir ?
- KVN daim mənim həyatımın bir hissəsi olub . Hətta məktəbi bitirəndə Polis Akademiyasına daxil olmaq istəyirdim. Lakin valideynlərim razı olmadılar və mən Narxoza ( indiki Dövlət İqtisad Universitetinə) daxil oldum .
- Uşaqlıqda Qleb Jeqlov, yaxud mayor Tomin tipində pərəstiş etdikləriniz olubmu ?
- Pərəstiş etdiklərim olub , komissar Reks də, Katani də ... Lakin mühüm olan başqa şeydir - mənim üçün cinayətkarı tutmaq narkoman üçün narkotik kimidir .
- Və hesabınızda nə qədər " qurban " var?
- Lap çox, ola bilsin ki, az... Lakin bu, öz ölkənə fayda verdiyini anlamaq üçün kifayətdir .
- Gəlin, cinayətkarın nöqteyi-nəzərindən düşünək . Ola bilsin, cinayətkar artist kimi sizə vurulub, konsertə gəlir, alqışlayır , lakin qəflətən siz onu tutursunuz və həbsxanaya salırsınız...
- Axı mən nə edə bilərəm ? Oğru həbsxanada oturmalıdır.
- Qleb Jeqlovun dediyi kimi . Yeri gəlmişkən, siz Bakının kriminal rayonlarından biri olan və hələ sovet dövründə narkotiklərin qablaşdırıldığı və satıldığı Kubinkada doğulmusunuz.
- Ümumiyyətlə, mən "Kubinkada deyil, ikinci Xrebtovı küçəsində (indiki Həmid Sultanov) anadan olmuşam, lakin o, Kubinkadan heç nə ilə fərqlənmir. Və orada da cinayətkarlığın ocağı olub.
- Sizin teatrdakı obrazlarınız real həyatdandır...
- Əlbəttə, əks halda bu gülməli olardı - bunlar müasir dövrümüzün real personajlarıdır.
- Bəzi yumoristik nömrələrdə siz polisi parodiya edirsiniz. Bu, sonradan sizin peşəkar fəaliyyətinizə təsir etmirmi?
- Bir dəfə xidməti üzrə köçürülməyim zamanı mənib böyük rəislərimdən biri dedi: "Sən nə haqla polisi parodiya edirsən, onların çatışmazlığını göstərirsən? Axı sən özün polissən, sən ki bizimkisən!" Mən cavab verdim ki, siz öz əməkdaşlarınızın yaxşı işləməsi üçün onlara iradlar tutursunuz. Bax, biz də elə - bu, bizim hüquq-mühafizə orqanlarına köməyimizdir. Və inanın ki, nömrələrimizdən sonra polisin işində çoxlu müsbət dəyişikliklər baş verir. Çünki hər kəs özünü kənardan görür və daha səhvə yol verməməyə çalışır.
- Bəlkə bunlar səhv yox, işdə hansısa "duz"dur?
- Təbii. "Duz" olmasaydı, onlar orada işləməzdilər. Lakin orada təkcə "duz deyil, həm də çörək" var. Bizim hamımız ölkəmizin inkişafı üçün nə isə müsbət bir şey etməyə çalışırıq.
- Bəs hansı iş daha "çörəklidir" - polisdə, yoxsa KVN-də?
- Orqanlarda iş heç vaxt "çörəkli" olmayıb. Əməkhaqqı öz tələbatını ödəmək üçün heç də həmişə bəs etmir. Mən çoxlu polis tanıyıram ki, əsas işlə yanaşı, dərs deyirlər, şəkil çəkirlər və s. Lakin mən inanıram ki, gənc müstəqil dövlət kimi, bizim polisin əməkhaqqısına tezliklə mənzil, maşın almaq və həftə sonu xaricdə istirahət etmək imkanımız olacaq.
- Çoxları üçün polis obrazı qayda-qanunun keşiyində duran sərt insandır. Siz xidmətinizlə bağlı sinfi simasını itirmiş elementlərlə qarşılaşırsınız. Onlar sizi görəndə isə "O, Caba!"... Sizə münasibət dəyişmirmi? Populyarlıq işdə kömək edir, yoxsa mane olur?
- Demək olmaz ki, kömək edir və ya mane olur. 10 faiz adam var ki, həqiqətən də emosiyasız doğulub, lakin əksəriyyət hər halda polis rolunu oynayır. İşdən sonra isə şən və adi insanlardır. Öz işini sadəcə olaraq sevmək və cəmiyyətə kömək etmək lazımdır.
- Yaratdığınız taksi sürücüsu Ağa Natiq, meyxanaçı, Sazoğlan, Eliş obrazları cəmiyyətdə çox sevilib. Bəs bu rollardan hansı sizin üçün daha sevimlidir? Ancaq deməyin ki, hamısı...
- Heç şübhəsiz ki, birinci yerdə Sazoğlan. Bu, fişka mənim 1994-cü ildə Xalq Təsərrüfatı İnstitutunun KVN komandasında oynadığım zaman yaranıb və bu obraz o zaman zalı "partlatdı". Zalın alqışlarını eşidən zaman başa düşürsən ki, hansı zarafat güclü və zəif olub. Məhz Sazoğlan mənim üçün sevimli obraz - uğurlu debüt və tamaşaçıların gurultulu alqışları olub.
- Qəribədir, bəs Eliş necə? Axı siz bu obrazla "Məhəllə" serialında çəkilmisiniz və bununla konsertləriniz başa çatır.
- Eliş də sevimlidir, lakin Sazoğlan daha sevimlidir. Çünki o yalnız iki-üç dəqiqəlik çıxır və "yağlı nöqtə"ni qoyur.
- Siz iki qardaş - Tahir və Cabir İmanovlar məşhur KVN-çisiniz. Bəs sizin üçün qardaş qardaş üçün qardaşdır?
- Bizim Tahirlə çox maraqlı münasibətlərimiz var. Biz böyüyə həmişə hörmətin edildiyi ailədə böyümüşük. Bizə bunu babamız, məşhur bəstəkar və xalq artisti Süleyman Ələsgərov və iqtisad elmlər namizədi, professor, Azərbaycan dövlət mükafatı laureatı atamız Qorxmaz İmanov öyrədib. Tahir məndən iki yaş böyükdür, biz bir-birimizə çox hörmət edir və bir-birimizi sevirik. Və həmişə qərar qəbul edəndə bunu birlikdə edirik.
- Bizə məlum olduğu kimi, siz uşaqlıqda hətta babanızdan tank almağını istəmisiniz?
- Bu heç də belə deyil. Sazoğlan obrazını yaradanda, saz tapa bilmirdim və onda babama müraciət etdim və o dərhal saz əldə etdi. O, təkcə bizə qarşı deyil, həm də dostlara qarşı da çox diqqətli və sözünün üstündə duran insan idi ki, istəyəndə hətta tank da tapa bilərdi (gülür). O, həqiqətən sehrbaz idi!
- Və məhz o sizə gələcəyə, yumorist olmaq üçün səhnəyə "putyovka" verib?
- Xeyr, o sadəcə olaraq buna yaxşı yanaşıb. Uşaqlıqda biz Şuşada yaşayırdıq. Bu, 1980-ci illərin əvvəllərində olub. Və bir dəfə evimizə hörmətli insanlar gəldi, biz isə onları təəccübləndirmək qərarına gəldik və adyaldan "səhnə düzəltdik", artistlər kimi geyindik və "Şir balasa və tısbağa" cizgi filmindən səhnə göstərdik. Qonaqlar babama çoxlu xoş sözlər və nəvələrinin gələcəyi olduğunu dedilər...
- Ulduzlar... (Azərbaycan ulduzları)
- O zaman ulduzlar yalnız göylərdə idi, sonra "Ulduz" metrostansiyası yarandı, qalanını isə heç xatırlamasan da olar (gülür). Məktəbdə buraxılış gecələrində çıxış edirdik, institutda KVN-də, sonradan əfsanəvi "Bakılı oğlanlar" komandasında oynadıq.
- "Planeta parni iz Baku" KVN teatrının yubiley konserti həyatdan vaxtsız gedən, istedadlı aktyor, Azərbaycanın əməkdar artisti Elçin Həmidova həsr ediləcək. O necə insan olub və onsuz necə oynayacaqsınız?
- Desəm ki, o çox əziz və mehriban insan olub, bu onun üçün az olar. Xeyirxahlıq onun üzündə yazılmışdı və o, çox yaxşı, lakin eyni zamanda ağır həyat sürdü. Mən onun haqqında tez-tez fikirləşirəm. Ağır problemlərə, valideyn, qardaş və bacılarını erkən itirməsinə baxmayaraq, müsibətlə mübarizə aparmaq üçün özündə güc tapmışdı. O danışırdı ki, qohumlarıgildə yaşayanda ona çox əziyyət veriblər. O, öz tənhalığından küsülü idi, lakin sonda başa düşdü ki, həyat üçün yaşamaq lazımdır. Elçin 30 ilə yaxın Musiqili Komediya Teatrında işləyib, babamın yazdığı çoxlu operettalarda oynayıb və incəsənət aləmində unudulmaz iz qoyub.
- Bəs teatrınızda onu kimi əvəz edəcək?
- Heç kim həyatda kimisə əvəz edə bilməz. Səhnədə eyni rolu çoxlu aktyor oynaya bilər. Ssenari və Məzi obrazı məhz Elçin Həmidov üçündür. Allah rəhmət eləsin!
- Ənənəvi sual - sizin üçün KVN-çi olmaq nə deməkdir?
- Çox şey. Bu, mənim uşaqlıq arzumun həyata keçməsi olub. Televizora baxanda, Maslyakovu və KVN komandalarını görəndə bu səhnədə oynamağı arzulayırdım ki, televizorda göstərsinlər, tamaşaçıları sevindirim. Yalnız səhnədə anlamağa başlayırsan ki, yumor prizmasından təkcə tamaşaçıları sevindirmirsən, onları düşünməyə məcbur edən həqiqi KVN-çi nədir...
- Siz XX əsrin KVN çempionusunuz. Moskva səhnəsinə yenidən qayıtmaq istəyiniz varmı?
- Başlıcası odur ki, öz ölkəni təmsil edəsən və hamısını, özü də düşmənimiz olan erməniləri udasan. Onda fikirləşirsən ki, nəyə görə onları döyüş meydanında udmayasan? Bu mənim arzumdur!
- Və doğma Şuşaya qayıdasınız...
- Mən də olmasam, uşaqlarımız və nəvələrimiz Şuşaya qayıtsınlar. Sülh yolu ilə alınmasa və torpaqlarımız uğrunda vuruşmaq lazım olsa, mən döyüşə gedəcəyəm. Ona görə yox ki, mən Şuşadanam. Mənə evlərimizdə kənar adamların yaşaması xoş deyil!
Milli.Az
Şou-biznes
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
KVN-çi Cabir İmanov: "Mənim üçün cinayətkarı tutmaq narkoman üçün narkotik kimidir" - VİDEO
19 Mart 2011 16:39
Baxış: 26 249

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paltaryuyana bunu qoyun - Olanlara inanmayacaqsız
-
Tunar buna görə efirdən uzaq düşübmüş
-
Dörd bürc "qaz vurub, qazan dolduracaq"
-
Bunu hərgün için - Bağırsaqları qoruyur
-
Limon sıxıb içəndə faydası 2 dəfə artır
-
Estetik etdirib özünü tanınmaz hala saldı - FOTO
-
Faydalı bilib hər gün içirik - Qaraciyəri məhv edirmiş
-
Yayın sevilən meyvəsi kişilərin yataq performansını artırırmış
-
Xırıltı, öskürək, nəfəs darlığı: Bu simptomlara diqqət!
-
"Şəbnəmin hansı "keyfiyyətli" işindən danışırsınız?"
-
Gecə Bakıda "meteor yağışı"nı izləmək mümkün olacaq
-
Nazarbayevin xanımı xəstəxanaya yerləşdirilib
-
Motosiklet və moped sürücülərinin nəzərinə! - VİDEO
-
“Məni Almaniyadan buraxmaq istəmirdilər”
-
İqtisadi tənəzzülə hazır olmalıyıq - AİB prezidenti
-
Günün qoroskopu: Niyyətlərinizi aydınlaşdırın
-
Vüqar Həşimovun bacısına vəzifə verildi
-
Azərbaycan futbolunda ilk - Kişi komandasında qadın məşqçi
-
Rusiyaya getmək çətinləşir - İyunun 30-dan kod alınmalıdır - VİDEO
-
Bu sosial platforma tarixə qovuşdu
-
"Fənərbağça"nın yeni baş məşqçisi sabiq "Qalatasaray"lı ola bilər
-
UEFA Çempionlar Liqasının yarımfinal matçlarını idarə edəcək hakimlər bəlli oldular
-
“Yaxşı edib Orxana Sarayda konsertə icazə verməyiblər”
-
Apple telefonları “böləcək”