Şou-biznes

Firəngiz Mütəllimovanın bacısı sirlərini açdı - FOTO

14 Mart 2016 15:05
6 Şərh     Baxış: 4 082
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Firəngiz Mütəllimovanın bacısı Nərgiz Mütəllimova big.az-a danışıb.

Milli.Az xəbər verir ki, Nərgiz Mütəllimova bildirib ki, ata-anası dünyasını dəyişəndən sonra Firəngiz xanım onlara həm ata, həm ana olub. 

"Ata-anamız rəhmətə gedəndən sonra Firəngiz bizə həm ata, həm ana olub. Birimizə nəsə olanda Firəngiz mütləq gəlir, maraqlanır. Firəngiz hər şeydə bizə kömək olur. Bacıdan əvvəl biz rəfiqəyik. Bir-birimizdən başqa rəfiqəmiz yoxdur. Nə sirrim varsa, Firəngiz bilir".

Xalq artistinin əməliyyatından danışan N.Mütəllimova daha bir sirrin üstünü açıb:

"Firəngiz əməliyyat olunanda heç kimə deməmişdik. Bu iki bacının ən böyük sirri idi. Xəstəxanaya ikimiz tək getmişdik. O, 6 saat əməliyyat oldu, mən nə qədər ağladım bir Allah bilir. Hər yerə özüm qaçırdım. Dua edirdim Firəngiz üçün... Hamı məəttəl qaldı ki, belə bacılarmı olar? Elə bilirdilər ki, Firəngizin qızıyam. Allah şükür indi o yaxşı oldu". 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.