Şou-biznes

Xoşqədəmin atası Rusiyadakı oğlundan danışdı - VİDEO

8 İyun 2015 09:35
Baxış: 7 616
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Xoşqədəmlə axtarıram səni" verilişində maraqlı anlar yaşanıb

ANS-in efirində yayımlanan "Xoşqədəmlə axtarıram səni" verilişində maraqlı anlar yaşanıb.

Anspress-in məlumatına görə, verilişin aparıcısı Xoşqədəm Hidayətqızının atası verilişə gələrək Rusiyada oğlunun olması barədə səslənən iddialardan danışıb.

Belə ki, aparıcısı Xoşqədəm Rusiyadan qardaşının olması barədə məktub aldıqlarını və məktubda Olqa adlı qadınla atasının tanış olduğunun yazıldığını deyib: "Ancaq atamın bundan xəbəri yoxdur".

Xoşqədəmin atası Hidayət isə 1976-cı ildə deyil, 1982-ci ildə Leninqradda olduğunu deyib: "Xoşqədəmlə uşaqlarımın içində ata-övlad münasibətlərimzdən əlavə dost münasibətimiz də var. Əgər övladım olsaydı, ortaya çıxardı. Mən heç kimə, xüsusilə ailəyə xəyanət edən olmamışam".

Xoşqədəm Hidayətqızı məsələyə belə nöqtə qoymağa çalışıb: "Atamla ana 59 il birlikdə olub. Bu zaman ərzində anam qısqanc olduğu üçün atamı yalnız buraxmayıb". 

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.