Şou-biznes

"Nur" qrupu tam tərkiblə klip çəkdirir - VİDEO

9 Aprel 2015 11:10
Baxış: 1 095
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yaxın günlərdə "Nur" qrupu tam tərkiblə (Rahim Dərviş, Ceyhun Müəzzin, Şəhruz Həbibi) "Ya Muhəmməd (s)" adlı mahnıya klip çəkdirmək niyyətindədir. Klipin çəkilişlərində ən yeni avadanlıqların istifadə olunması nəzərdə tutulur. Klipin çəkilişlərindən öncə mətbuat konfransı və hazır olduqdan sonra yüksək səviyyədə təqdimat mərasiminin keçirilməsi planlaşdırılır. Klipin baş sponsoru qismində "Hicaz" ət məhsulları çıxış edir.

Onu da qeyd edək ki, "Ya Muhəmməd (s)" adlı mahnının aranjmanı professional şəkildə hazırlanıb. Mahnının sözləri Soltan Əlizadəyə, musiqisi Firdovsi Əmircanlıya, aranjmanı isə Rasim Süleymanova məxsusdur.

Hazırda sözügedən mahnının Turkiyənin İstanbul şəhərində hazırlandığı video-anonsunu sizə təqdim edirik.

Videonu izləmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.