Milli.Az xəbər verir ki, Lady.Day.Az Azərbaycan şou-biznesinin ən möhkəm cütlüklərinin siyahısını hazırlayıb.
Bunlardan biri xalq artisti Brilliant Dadaşova və Rus Dram Teatrının direktoru Ədalət Hacıyevin ailəsidir. Onlar 1988-ci ildə evləniblər. 27 ildir ki, birlikdədirlər.

Tanınmış şoumen Murad Dadaşov artıq 10 ilə yaxındır ki, evlidir. Ancaq indiyə qədər heç kim onu ictimai yerlərdə həyat yoldaşı ilə birgə görməyib.

Nadir Qafarzadə özünün sevgi əhvalatı haqda danışmaqdan yorulmur. Hər dəfə müsahibələrində həyat yoldaşının necə əziz olduğunu deyir. Onlar artıq 22 ildir ki, birlikdə yaşayırlar.

Fidan Hacıyeva ingiltərəli Filipp Neylorla ailə qurub. Yoldaşı Fidandan 11 yaş böyükdür. Artıq 10 ildir ki, birlikdədirlər.

Yerli şou-biznesin möhkəm ailələrindən biri də Zülfiyyə Xanbabayevaya məxsusdur. Müğənni öz ailəsi haqda danışmağı sevmir. Şəxsi həyatı ilə bağlı suallardan hər zaman yayınır.

"Qolos" yarışmasının iştirakçıları olan Fərid Əsgərov və Aygün Əsgərova da möhkəm cütlüklərdəndir. Onların Maqsud, Riad və Səid adlı övladları var.

Müğənni Manana 2008-ci ildə öz soydaşı Georgi Qableyevə ərə gedib. Hazırda cütlüyün iki övladı var.

İradə İbrahimova 6 il öncə Türkiyə vətəndaşına ərə gedib. O hesab edir ki, ailədə ən əsası anlayış və etibardır.

Milli.Az