Şou-biznes

Xalq artisti: "Xeyriyyə aksiyası edib, bunu saytlara yazdırmayın"

4 Noyabr 2014 16:09
2 Şərh     Baxış: 1 580
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Xalq artisti Könül Xasıyeva "Evdəyik" verilişində qonaq olub
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, verilişdə qonaq olan xanəndə şou-biznes nümayəndələrinin bəzilərini qınayıb.
 
"Biri gedib xeyriyyəçilik edir. Özü ilə kameraçı və jurnalist aparır. Bu doğru deyil. Bunu qəbul etmirəm. Bunu elə etməlisən ki, heç kimin bundan xəbəri olmamalıdı. Köməklik etdiyiniz insan buna görə utana və narahat ola bilər. Xeyriyyəçilik edib, bunu saytlara yazdırmayın. Ataların yaxşı misalı var: "Sağ əlin etdiyini, sol əl bilməməlidir". Bu, mənim şəxsi fikrimdi".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.