Milli.Az axşam.az-a istinadən bildirir ki, o, qardaşının uğuruna sevindiyini bildirib:Müğənni-bəstəkar Murad Arifin bacısı, aparıcı Könül Arifqızı qardaşının yeni "Həyat yoldaşımsan" klipindən söz açıb.
"Əlbəttə ki, bir bacı kimi Muradın bu işinə çox sevindim. Bu, onun ilk işidir. Hamı tərəfindən çox bəyənildi. Düzdür, bəzi düzəlişlərlə bağlı Murada öz fikirlərimizi bildirdik. Amma o, nəticədə öz bildiyini elədi. Muradın klipi uğurlu alınıb. Ailəmiz də buna çox sevindi".
Qeyd edək ki, K.Arifqızı İTV-də yayımlanan "Ötən əsrin nəğmələri" verilişinin aparıcısıdır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.