Aygün Kazımovanın 22 yaşlı "sevgilisi": "Onunla Rumıniyada tanış olduq" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Pop-divayla çəkdirdiyi səmimi foto isə onları "sevgili"yə çevirib. Bəs niyə bu şəkil məhz indi, Aygün Kazımovanın nişanlandığı deyilən Fikrətlə münasibətləri pozulandan sonra ortaya çıxır? Yəqin ki, sizə də maraqlıdır. Maraqlı olan təkcə bu deyil. Nədir? Milli.Az publika.az-a istinadən bildirir ki, xalq artistiylə səmimi fotosu yayılan 22 yaşlı futbolçu Elhad Nəziri hər şeyi olduğu kimi cavablandırır.Son günlər bu gənc futbolçunun adı xalq artisti Aygün Kazımovayla hallandırılır.
- Elhad, Aygün Kazımovayla olan və mətbuatda yayılan şəklin nə vaxt və harada çəkilib?
- Bir az pis sual verdin. Şəkil çəkilib çəkilməyinə, amma harada çəkildiyini deməyim də.
- Azərbaycanda çəkilib?
- Bəli, Azərbaycanda çəkilib. Bu dəqiqə hamı bu söhbətin üstündədir. Ona görə də çox danışmaq istəmirəm ki, Aygün xanıma problem yaranmasın.
- Amma məncə, sən susduqca daha çox problem yaranır. Müsahibədən əvvəl bildirdin ki, tanışlığınız Rumıniyada olub.
- Bəli, Rumıniyada tanış olmuşuq.
- Bu necə baş vermişdi?
- Mən Rumıniyada oynayırdım. Aygün xanımla Snup Doqun klipinin bir hissəsi Rumıniyada çəkilməliymiş. Gəlib bu ölkəyə və hansısa azərbaycanlını yığanda, səhvən mənə düşüb.
- Ondan sonra dedin ki, futbolçuyam, tanış olaq?
- Bildi ki, Rumıniyada yaşayıram, azərbaycanlıyam və dost kimi münasibətimiz yarandı.
- Sevgi münasibətiniz var?
- Yox, elə bir şey ola bilməz. Çünki biz sırf dostuq və elə bir şey indiyə kimi ağlımdan keçməyib.
- Azərbaycanda, yaxud xaricdə oyunlarına baxıb?
- Yox, baxmayıb. Aygün xanım Rumıniyada iki gün oldu və oyuna baxmaq üçün vaxt olmadı.
- İndi telefon əlaqəniz var?
- Bəli, var. Bu yaxınlarda Tükiyəyə getdi. Görüşdük, sağollaşdıq, yola düşdü.
- Aygün Kazımovanın xeyli dost-tanışı var. Harasa gedəndə hamısıyla şəxsən sağollaşır?
- Onu deyə bilmərəm.
- Özü zəng vurmuşdu ki, Türkiyəyə gedirəm?
- Bəli, gördüşdük, yola saldıq.
- Daha çox sən zəng vurursan, yoxsa o?
- O da zəng vurur, mən də. Dostuq da. Dost dostla necə olursa, elə münasibətimiz var.
- Onun səndən başqa futbolçu dostu var?
- Yox, elə, deyəsən, tanıdığı, dost münasibətdə olduğu mənəm.
- Aygün Kazımovanın qızı İlqarə ilə ünsiyyətin var?
- Bəli.
- Evlərində olmusan?
- Bəli.
- Təzəlikcə?
- Bir müddət əvvəl olmuşam. Müğənni Niyam Salami və radio aparıcı Kazım da onlarda idilər. Hamımız bir yerdə oturmuşduq.
- Həmkarın Maksim Medvedev müsahibələrinin birində "Azərbaycanda ən istedadsız futbolçu kimdir" sualına "Elhad Nəziri" deyərək cavab verib.
- Mən hər futbolçu üçün ideal ola bilmərəm. "Qarabağ"da Maksimlə bir yerdə oynamışıq. İnsan keçmişinə baxmalıdır. Uşaq futbolunda harada, necə oynamışam, hansı məktəbi keçmişəm, mənim yerim harada olub... Azərbaycanda istər milli komandanın oyunçusu, istər birinci dəstədə çıxış edən oyunçu deyə bilməz ki, məni iki aydan sonra nə gözləyir?
- Elhad, bir aralar əsas milli komandanın təlim-məşq toplanışlarına da dəvət olunurdun.
- Milliyə bir il ərzində dəvət olunmuşam, hətta toplanışlara da qatılırdım. Şimali İrlandiya ilə səfərdə oynadığımız oyunda (1:1) meydanda olmuşam.
- Bəs niyə birdən-birə diqqətdən kənarda qaldın?
- Rumıniyadan Azərbaycana - "İnter"ə gəldim, zədələndim, işlərim uğursuz alındı. Ona görə "İnter"də işlərim yaxşı getmədi. Günahkarı da özüməm.
- Rumıniyada da adın bir çox qadınlarla hallandı. Sanki əyləncələr, macəralar sənin normal karyera qurmağına mane olur.
- Yox, belə deyil. Rumıniyadakı qızla facebook-da ingilis dilində yazışmamız da məndə var. Həmin xanıma saytın linkini göndərdim ki, belə sözlər demisən? O mənə and içdi ki, şəxsi həyatın barədə müsahibə verməmişəm. Sadəcə, demişəm ki, bir mövsüm oynadı, qayıtdı. O qız da jurnalist idi və bizim klubun fanatı idi.
- Təbii ki, söhbətin "Gazeta Sporturilor"un əməkdaşı Diana Elenadan getdiyini bilirik. Onunla münasibətləriniz hansı səviyyədə idi?
- Dost münasibətimiz olmuşdu.
- Amma özünü sənin sevgilin kimi təqdim edirdi.
- Elə şey ola bilməz. Mən orada nə yaşadım ki, nə də sevgilim olsun? Saytlar boş yerə yazıblar.
- Qayıdaq Maksim məsələsinə.
- Rasim Karanın vaxtında bir yerdə oynamışıq. Rasim Kara gəlib bizi - məni, Maksimi, Əfran İsmayılovu və Rauf Əliyevi ikinci komandadan əsas komandaya götürdü. Dördümüzü bəyənmişdi.
- Bəs sənin fikrincə, Maksim necə oyunçudur, istedadlıdır?
- Heç kimin haqqında ömür boyu mənfi fikir söyləmərəm. İstedadlı futbolçudur ki, "Qarabağ" kimi komandada oynayır. İstənilən zəif oyunçunu 5 oyun əsas heyətdə buraxın, sonra istər istəməz "artırır". Nə qədər zəif olsa da inkişaf edir. Kimlərə məşqçi inanıb şans verib və onlar inkişaf edibsə, bu məni sevindirir. Uğurları daha da bol olsun. Mən Rumıniyaya gedib oynayanda hərəsi bir söz deyirdi. Guya atam filan yerin rəisidir. Mən yataqxanada böyümüşəm. Atam rəis olsaydı, bu qədər əziyyət çəkib, futbol oynamazdım. Atamgil "Meyvəli" bazarında işləyirlər. O ki qaldı Maksim məsələsinə, onunla heç vaxt problemimiz olmayıb. Heç zəng edib iradımı da bildirmədim.
- Yerli oyunçulardan kimlərlə dostluq edirsən?
- Veteran futbolçulardan Kənan Kərimovla, Azər Məmmədovla ailəvi dostuq. İndi də Əfranla, Aqil Nəbiyevlə, Ruslan Əmircanlovla, Ruslan Abışovla yaxşı münasibətlərim var.
- Mövsümün əvvəlində "Araz Naxçıvan"a keçmişdin. Niyə ayırıldın?
- Hazırda klubsuzam, yanvar ayını gözləyirəm. Yayda "İnter"dən "Araz Naxçıvan"a gəldim, baş məşqçi Əsgər Abdullayevlə yol getmədim.
- Niyə?
- Mən o kluba oynamağa getmişdim. İnsanda səbir deyilən bir şey var. Bir-iki oyun gözləyərsən. Səni komandaya gətiriblərsə, deməli, oynamalısan. Dörd oyun meydana buraxılmadım, əşyalarımı götürüb çıxdım.
- Bəs müqavilən, əməkhaqqın necə oldu?
- Heç bir əməkhaqqı almıram, müqavilə qarşılıqlı şəkildə pozulub.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.




DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sabah Abşeron çimərliklərində hava necə olacaq?
-
İranda “İqtisadi Hərbi Qərargah” yaradıldı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Pakistan və Türkiyə XİN rəhbərləri Məkkə sazişini müzakirə etdilər
-
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - (Video/Foto)
-
Stiv Uitkoff və Cared Kuşner Kiyevə səfər etdi
-
“Tottenhem” 53 illik antirekordu təkrarladı
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Azərbaycan millisinin qapıçısı bu kluba keçdi
-
“A.B.İ.” serialının ikinci mövsümünün yayım tarixi açıqlanıb
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Almaniya dron və kiberhücumlara qarşı müdafiəni gücləndirir
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Vulkan püskürməsi İndoneziyada aviareysləri iflic etdi
-
Cəlilabad sakini Astarada faciəvi şəkildə öldü
-
Kabo-Verdedə faciə: Avtobus 30 metr hündürlükdən dərəyə yuvarlandı
-
Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı düşüb
-
Sara Xəlifə ölüm cəzasına məhkum edildi
-
Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
-
Avropa təcrübəsindən Azərbaycanın haqlı mövqeyinə baxış: Şuşanın daşlarına yazmaq niyə xatirə yox, irsə müdaxilədir?
-
Selen Öztürk yeni serialla ekranlara qayıdır
-
Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb





