Şou-biznes

"Şou-biznesin vuran əli" - VİDEO

30 İyul 2014 16:44
0 Şərh     Baxış: 1 120
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Günay İbrahimlinin Fransada "Fort Boyard" yarışmasında bir qadını döyməsi ilə bağlı xəbər vermişdik

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Onlar" verilişinə açıqlamasında həmin hadisədən danışaraq, ona yeni titul verildiyini deyib:

"Gözümün qabağına bir insanı gətirib fransalı qızı döydüm. Xanımdır, şou-biznesdəndir. Onu elə pis günə qoydum ki... Boynu, beli cızıq-cızıq oldu. Yazığım gəldi. Mənə yeni titul veriblər: "Şou-biznesin vuran əli"".

Günay müğənni-bəstəkar Rəhim Rəhimlidən də danışaraq, onun "Bir zamanlar" bəstəsini bəyənmədiyini söyləyib:

"Rəhimi bir il idi ki, görmürdüm. Mənim "Dəlisiyəm gecənin" mahnımı bəyənmədiyini dediyi gün məclisdə rastlaşdıq. Soruşdum ki, efirdə nə danışırsan? Mənim mahnım onun "Bir zamanlar" bəstəsindən üstündür. Reytinqlərdən baxa bilərsiniz, hansı yerdə olduğunu görəcəksiniz. Bu sahə məni elə dəyişib ki, artıq danışmağa başlamışam, sözünü deməyəndə adamın başından vururlar".

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.