Müğənni İlhamə Qasımova həyat yoldaşı ilə qeyri-rəsmi nikahda olduğunu deyib
Milli.Az publika.az-a istinadən xəbər verir ki, müğənni dini kəbin kəsdirdiyini, ancaq rəsmi nikaha girmədiyini bildirib. O, özünü belə daha xoşbəxt saydığını deyib:
"Dini nikahım var, məncə, əsas budur. Rəsmi nikaha gəlincə, əsas xoşbəxtlikdir. Əslində mənim həyatımda gizlin heç nə yoxdur. Nikah ondan ötrüdür ki, boşananda qadının təzminatı ödənsin. Mənim bu sənəd işlərindən heç xoşum gəlmir. Məhkəməyə get, sənədlər yığ və s... Əsas dini nikah və bir də inanın özünü necə xoşbəxt hiss etməsidir".
Milli.Az