Şou-biznes

Ərindən boşanan müğənni: "Onu Allaha tapşırıram"

30 Oktyabr 2014 21:37
11 Şərh     Baxış: 11 799
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xanəndə İlahə İbadova kindən danışıb.
 

Milli.Az gecce.az-a istinadən bildirir ki, o, söyləyib: "Mən kinli insan deyiləm. Lakin,insanın həyatında bəzən elə hadisələr olur ki, onu keçmək olmur. Xətrimə dəyən insanların hamısını Allaha tapşırıram.

O şəxsin payını mütləq verəcəm. Bu kinlilikdir. Acığımı belə çıxacam. Bəzən qarşımdakı insan mənim şəxsiyyətimi alçaltmaq istəyib.

Mən heç kimə pislik etməmişəm. Bunu bacarmıram. Pisliyə yaxşılıqla cavab verirəm. Elə insanları hər zaman özümdən uzaqlaşdırıram. Onu deyim ki, bir-iki xanım müğənni var, onlarla danışmıram. Salam versələr alıram, verməsələr almıram".
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.