Şou-biznes

Hüseyn Dəryanın son müsahibəsi, son repi: "Mən öləndən sonra yaşayacam" - VİDEO - FOTO

29 Mart 2014 18:03
62 Şərh     Baxış: 14 225
Milli.Az Hüseyn Dəryanın mövqe.az-a son müsahibəsini təqdim edir.

Səs tembri, insani keyfiyyətləri, xoş münasibəti, repdə etdiyi əvəzolunmaz hərəkətlərilə sevilib-seçilən reper Hüseyn Dərya ilə görüşüm ani oldu. Dişlərində problem olduğu üçün bir neçə həftə görüşümüzə gəlməyən reper nəhayət ki, zəng edib, müsahibə üçün məni artıq məkanın yaxınlığında gözlədiyini dedi: "Ay Əfruzə, sən məni yatmağa da qoymurdun, gəl görək".

Artıq müsahibə üçün hazır olan Dərya ilə bu gün müsahibəm baş tutacaqdı. Müsahibəyə çoxdan hazır idim. Uşaqlıqdan çox sevdiyim, məktəb zamanı həmişə Elşad Xose tərəfdarı olan sinif yoldaşlarımla dalaşdığım, onu müdafiə etdiyim, replərini əzbər bildiyim reper ilə görüşə tələsirdim. Düzü, uşaq kimi sevinirdim. Amma bilmirdim ki, bu görüşümüz son olacaq... Səhəri gün yazını yazıb, hazır edəcəkdim ki, Hüseyn Dəryanın ölüm xəbərini eşitdim. Xəbəri eşitdiyim an keçirdiyim hissləri sözlərlə əvəz edə bilmədiyim üçün sadəcə, sizə rəhmətlik Hüseyn Dəryanın Mövqe.az-a verdiyi son müsahibəsini təqdim edirəm:

- Haqqınızda çox şayiələr gəzdi. Kimi dedi Hüseyn Dərya zəhərlənib, kimi dedi həbs olunub. İndi necəsiz?


- Əfruzə xanım, gördüyünüz kimi, çox yaxşıyam. Hal-hazırda sizin qarşınızdayam, özü də ki, sağ-sağlam. Mənim haqqımda yazılanlar doğru deyil. İnsan tanınmış olanda bəziləri mız qoymalıdır. Bu şou-biznesin qanunudur. Bunsuz şou-biznes olmaz. Mən qınamıram. Bir şey məni qəzəbləndirir ki, yazmışdılar ki, yenidən həbs olunmuşam. Bu da mənim mediaya olan güvəncimi azaldır. Mən əgər polisə düşmüşdümsə, "ATV" telekanalında mənim nə işim var idi? Bu gün Azərbaycan şou-biznesinin yiyəsi yoxdur. Mən bunu qorxmadan, çəkinmədən deyirəm. Heç kim, hətta dövlət belə buna nəzarət etmir. Kim kimə nə istəyir deyir, kim kimin haqqında nə istəyir yazır, axırda da deyirlər ki, əşşi, şou idi. Mən buna şou kimi baxmıram. Bu mənim həyatımdır. Mənə aid olmayan şayiələri kim deyir, kim yazır, Allah qarşısında cavab verəcəklər. Mən başa düşə bilmirəm ki, bu boyda Azərbaycan Respublikasında şou-biznesə yiyəlik etmək istəyən yoxdur? Yoxdur, o zaman biz də ağzımızı açıb, nə istəsək deyək, yalandan şər ataq.

- Narkotik istifadə etməniz barədə hələ də danışılır... (sözümü kəsir-red)

- Çünki yeganə insanam ki, bunu etiraf etmişəm. Millət qarşısında açıq-aşkar etiraf etmişəm ki, narkotik istifadə etmişəm. Bir qələtdi, səhvdi etmişəm, mənə şans verin, məni özünüzdən kəsib atmayın, uzaqlaşdırmayın. Cəmiyyətə adaptasiya olunum. Xalq da bu şansı mənə verdi. Mənim özüm-özümə vurduğum ən güclü zərbə hələ də kimlər üçünsə mənim zəif nöqtəm kimi qalır. Amma bu, artıq mənim zəif nöqtəm deyil. Mən bu dəqiqə canlı yayımda belə qanımdan analiz verib, sübut edərəm ki, mən daha narkotik istifadəçisi deyiləm. Axtarıb bir şey tapa bilmirlər, keçmişdəkilərdən silah kimi istifadə edirlər. Bacarırsızsa, yeni silah tapın.

- Neçə vaxtdır ki, narkotik qəbul etmirsiniz?

- 2008-ci ildən bu yana... 6 il olur.

- Əksəriyyət narkomanın yenidən sağalması fikrinə inanmır...

- Bəli, cəmiyyət özündən narkomanları kəsib, atır. Necə ki, məni kəsib, tullamışdılar. Narkotiki tərgitmək üçün insana həkim lazım deyil. Sadəcə, insanın öz gücü, iradəsi olmalıdır. Narkomaniya insanın psixologiya və xarakteri ilə bağlı əməkdaşlıq edən xəstəlikdir.

- Bəs siz necə tərgitdiniz?

- Mən həbsxanada tərgitdim. Tutulduğum gündən istifadə etmək imkanım olmadı.

- Məhbus həyatı yaşamısınız... (sözümü kəsir-red)

- Bəli. 38 yaşım var və 38 ildir ki, məhbus həyatı yaşayıram. Mən 38 ilin məhbusuyam. Sadəcə bir fərq var ki, bir gün orada, bir gün burada... Bu məhbus həyatım neçə il gedəcək, getməyəcək bilmirəm...Yeni bir mahnım var yeni albomumda... Qulaq as, Əfruzə, deməli, orada deyirəm ki,

Demə zindana düşərsənsə, görərsən zindan,
Bu həyatın özü zindandı, görür hər insan.
Hər kimin qismətinə zindanı yazmış, yaradan
Gün gələr, özü də ona yar olacaq, inşallah!
Hər gecə etsəm dua, çağırsam da Allahımı,
Eşidir, cavab vermir, çünki görür günahımı.
Tanrım, hər kim ki mənim üzümə bağlayıb qapımı
Daş olan qəlbinə rəhmi salacaq, inşallah!
Çatacaqdır əcəlim, mən yumacam gözlərimi,
Uzanıb qarə məzarda açacam dizlərimi.
Gələcəkdir gələcək, hər kimki oxusa sözlərimi
Əbədi ruhuma rəhmət oxuyacaq, inşallah!

Mən, rəhmət və əbədiyyət üçün yaşayan insanam. Mənim bu dünyanın var-dövlətində gözüm yoxdur. Fərqi yoxdur, zindan olur, ya müharibə... Bir dənə qələmimi əlimdən almasınlar. Həbsxanada Nizami Quliyev idi rəisim... Deməli, ona da deyirdim ki, Nizami müəllim, azadlığımı əlimdən alırsınız, alın, ixtiyarımı da əlimdən alırsız, alın. Eybi yoxdur... Çörəyimi də əlimdən alırsız, alın. Bir dənə bu qələmimi əlimdən almayın, mən onunla yaşayıram. Deyirdi ki, bala, get karsa. Al, bu da sənə qələm. Get orada yaz. (gülürük-red)
Həbsxanada da gördülər ki, sənətə bağlı insanam.

- Oralarda sənət adamlarına xüsusi hörmət olur?

- Əvvəl olur. Ümumiyyətlə, çöldən gələn hər təzə insana hörmət olur. Tanınmış insan həbsxanaya düşürsə, bu da olduqca maraqlı bir şeydir. Amma o da qısa müddətli olan şeydir. Çöldə kim olmusan, olmusan, amma bütün insana verilən qiymət içəridəki hərəkətlərinə görədir. İnsanlarla davranışın, mərifətin, qabiliyyətin, sözü bütövlüyün, niyyətinin paklığı və s. müsbət cəhətlər içəri düşən insanda varsa, sənin tanınmış biri olduğuna ehtiyac yoxdur. İnsan kimi o cəmiyyət tərəfindən onsuzda qəbul olunacaqsan. Çöldə heç kimə pislik edən insan olmamışam. Nə pislik etmişəm, özümə etmişəm. Məndən yalnız yaxşılıq görüb bu insanlar... Həbsxanada da çöldə etdiyim yaxşılıqlar qarşıma çıxdı. Şükür olsun. Sizə bir sirr də açım; həyatımda bircə dəfə özümlə fəxr etmişəm, o da həbsxanada... Ən qorxulu yer, mənim gözümdə güllü-çiçəkli görünürdü. Mən orada bir dənə azadlıqdan məhrum olmuşdum. Başqa heç bir fərq yox idi. İstər yaşayış tərzim, istərsə də mənə qarşı olunan hörmət heç də fərqli deyildi. Düzdür, bütün gün kələm dolması yemirdik. Heç mən indi də bütün gün kələm dolması yemirəm. Bir də görürsən, kələm dolması bişir, onda da yemirəm. Biz artmaq üçün yox, yaşamaq üçün qidalanırıq. Nəfəsimiz qalsın sadəcə...

- Ən çox nəyə peşmansınız?

- Heç nəyə. Niyə peşman olum ki? Yazan belə yazıb. Bir dənə təəssüf etdiyim, narkotikaya qurşanmağım oldu. Amma o cəhətim də, mənə ətrafımı tanıtdı. Narkotikaya bağlılıq cinayət yox, xəstəlikdir. Və mən sadəcə xəstə idim. Xəstə olan zaman da mənim əhatəm bunu bəhanə edib, məni atıb, getdi. Halbuki, mənim onların köməkliyinə ehtiyacım var idi. Bəlkə də onlar mənə kömək etsəydi mən daha ağrılı-acılı günlər yaşamazdım. Bəlkə də tutulmazdım. O məqamda ki, mən insanlardan kömək gözləyirdim, o zaman mən insanlardan təpik gördüm. O məqamda ki, insanlardan kömək gözləmirdim, o zaman insanlar mənə kömək etdi. Başadüşülməyən həyatdır. Hər acı sonluq sabahın başlanğıcıdır. Bilirsən, bir insanı ki yıxmaq istəyirsən, o zaman həmin insanı narkotikaya aludə elə. Sonrasında sən yox, o özü-özünü yıxacaq!

- O, ağrılı-acılı günlərim oldu deyirsiniz ... Bax o zaman kim Dəryanı tək buraxmadı?

- Heç kim.

- Bəs ailəniz?

- Ailə sayılmır ki... O, ailənin borcu idi. Həmin hərəkəti ailə "çox sağ ol" üçün edə bilməzdi. Mən ailə qurdumsa, övlad dünyaya gətirdiksə, bu da elə. Necə ki, hər insanın borcu namaz qılmaqdır. Biz onu "çox sağ ol" xatirinə etməməliyik. Allah bizə yox, biz Allaha çox sağ ol deməliyik ki, sən bizi heyvan yaratmamısan, insan yaratmısan. Yeganə varlıq insandır ki, Allah ona şüur verib. Mən əgər Sona xanımla ailə qurmuşdumsa, Sona gəlməliydi, borcunu yerinə yetirməli idi.

- Gəldi?

- Əlbəttə, gəldi. Özü də ki, Sona mən necə istəyirdim, elə də gəlirdi. Bir kəlməmlə qışın covğununda belə, Sona həbsxanaya gəlirdi. Bəhanə etmirdi ki, sabah işim var. Bax, belə şeylərə görə mən Sonaya "sağ ol" deyirəm. Ailə münasibətlərindən artıq Sonanın mənə addımları olub. Ona görə də sağ olsun. Ailəni çıxsaq, reper Dado gəlib. Qalan heç kim. Nə əsgər, nə sinif yoldaşlarım, nə də ki, şou-biznesdən kimsə gəlməyib. Amma bu gün hamı məni axtarır, toya çağırır. Mən də hər kəsin toyuna pulumu alıb, gedirəm. (gülür-red) Həyat belədir. İnsan ən vəhşi məxluqatdı və hər şeyə qadirdir.

- Bu gün Azərbaycanda rep var? Repin atası kimdir?

- Rep var ki, siz bu gün məndən müsahibə alırsız. Repin ağsaqqalı, veteranı Anar Nağılbazdır. Repin atası isə yoxdu. Biz də heç təzə rep demirik.

- Rep üçün Dərya bu gün nə edir?

- Mən rep üçün nə etməmişəm ki?!. Bu gün repi efir və dünya səviyyəsinə kim çıxarıb ? Bu gün prezident və deputat seçkilərində rep... Dövlət layihələrində, tədbirlərdə, əlamətdar günlərdə, toylarda rep. Bunu kim edib?

- Siz.

- Əlbəttə! İlk dəfə meyxana və muğamla repi sintez edən də mən olmuşam. "Aslanskiy" nominasiyanı 15 respublika arasından Azərbaycana da mən gətirmişəm. Və məndən sonra da o nominasiyanı MDB-də heç bir reperə verməyiblər. 2004-cü ildə "İlin ən yaxşı reperi", "İlin ifaçısı" və "İlin albomu" nominasiyalarını da alan mən olmuşam. İlk dəfə Ü. Hacıbəyov diplomunu kim alıb? Mən. "Yaşa, Azərbaycan" adlı prezident mükafatına da ilk dəfə mən layiq görülmüşəm. Mən, mən deyirəm, amma bu özündən müştəbehlik deyil. Sadəcə, etdiklərimi sadalayıram.

- O zaman siz repin kimisiz?

- Onu mən deyə bilmərəm. Necə özümə ad qoyum? Repdə kifayət qədər çəkim var. Onu rep auditoriyası deyə bilər ki, mən repin kimiyəm. Rep bir dəfə çıxıb efirə nəsə demək deyil. Ona qalsa, belə bir şey deyim:

Oturmuşam, mən Əfruzla yan-yana,
Fərqi yoxdu çıxacam bu gün ekrana,
Ordan da deyəcəm bütün Azərbaycana,
Qoşulun bizə, gəl birgə kef edək!

Bir dənə bu rep deyil ki. Ala-bula boz keçini də rep kimi desən, o da repdir də. Reperin funksiyası təkcə rep demək deyil. O baxımdan bu gün özümə rəqib görmürəm. Vaxtında mənim şou-biznesdə qazandığım pulu heç kim qazanmadı. Amma mən heç nəyi altımda imarət elətdirmədim. Çünki mən əsl sənətkaram. Mənim gözümdə ancaq sənətdir. Mən öləndən sonra da yaşayacağam. Amma hələ ölməyəcəm... Mənim xoşbəxtliyim Allahın məni bu dünyada cəzalandırmasıdır. Bu dünyada cəhənnəm əzabı çəkirəm və o dünyaya aparası günahlarım qalmır. Adamlar var ki, bu dünyada kef edib, o dünyada cəhənnəm əzabı çəkəcəklər. Amma bu ədalətsizlik olar ki, bu dünyada da cəhənnəm əzabı çəkim, o dünyada da...

- Həyatdan narazı Hüseyn Dərya...

- Mənim həyatım qeyri-adi həyatdır. Mən bunu artıq başa düşmüşəm. Milyonların yaşadığı həyatı da yaşamışam, milyonların qaçdığı həyatı da...Allah-təala hər şeyi görür. Özü bilər. Amma insan nə qədər zülm içində əziyyət çəkər? Nə oldu e elə ... Heç olmasa, bir ay üzümüz gülsün də... Eh...

- Hüseyn Dərya bu gün necə dolanır? Gəlir yeri haradandır?

- Oxumaqdan. Sadəcə, dostlarım mənə kömək edir. Pul verirlər ki, al bu 10 manatı, benzin vurarsan. Belə dolanıram. Amma qoy tam sağalıb, ayağa durum, görəcəksiz...

Amma çox təəssüf, Dərya dəryalara qərq oldu. Həyat ona imkan vermədi ki, ürəyindəkiləri həyata keçirsin. 38 yaşında bizi tərk edən Hüseyn Dəryaya Allahdan rəhmət diləyirik!

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.







Böyütmək üçün şəkillərə klikləyin.

loading...

Şərh yaz:

62 Şərh:

  • Anonim
    Anonim · 29 Mart 2014 18:2500

    allah rehmet etsin.

    Cavab yaz
  • Anonim
    Anonim · 29 Mart 2014 18:3500

    seni hec vaxt unutmaram AYSEN

    Cavab yaz
    • Anonim
      Anonim · 30 Mart 2014 15:0500

      Aysen kimdi???

      Cavab yaz
  • Anonim
    Anonim · 29 Mart 2014 18:3700

    ülviyyə alovlu deyir ki Hüseyn zəng vurub dediki mən ona görə içdim ki verliş ağır idi.sonra deyilir ki hüseyn diş həkimindən gəlirmiş.ülviyyə xanım Hüseynə şər atdığınıza görə sizi Allaha tapşırıram.

    Cavab yaz
  • Anonim
    Anonim · 29 Mart 2014 18:4100

    ALLAH REHMET ELESIN.....SENIN BALACA UREYIN MENIM BOYUK DUNYAMDIR.

    Cavab yaz
  • Anonim
    Anonim · 29 Mart 2014 18:5500

    ALLAH SENE QENI-QENI REHMET ETSIN..... SENI BASA DUSMEYENLERIN CEZASI BOYUKDUR .....BIR KIMINSE NOQSANINI DEYENDE OZ NOQSANIVI YADINA SAL....SEHVSIZ INSAN YOOOXDUR HEQIQET ISE BUDUR.

    Cavab yaz
  • Anonim
    Anonim · 29 Mart 2014 18:5700

    Cooooooox tessssssssssssssssssuf.

    Cavab yaz
  • Anonim
    Anonim · 29 Mart 2014 19:0500

    MEN OLENDEN SONRA YASAYACAM.bu fikirler tarixe cevrilidi sen heqiqeten olumunden sonrada tarix yazdin.

    Cavab yaz
  • Anonim
    Anonim · 29 Mart 2014 19:0800

    alllah rehmet elesin.

    Cavab yaz
  • Anonim
    Fanatka · 29 Mart 2014 19:0900

    Ne bilim heyatdida ona aid nese oxuduqca cox pis oluram onu cox isteyirdim helede inana bilmirem o yoxdu Allah rehmet elesin

    Cavab yaz
    • Anonim
      Anonim · 30 Mart 2014 17:3300

      fanati idin elami?sizde onun yas merasimine getmeyen fanatlardansinizmi?insani olenen sora yox,olmemis cox istemek lazimidi ay fanatka/artiq cox gecdi...........

      Cavab yaz
    • Anonim
      Anonim semkirli · 30 Mart 2014 17:3800

      offff daha ureyim agriyir,sanki olumunu bilirmiw.ALLAH sene rehmet etsin VATAN oglu

      Cavab yaz
  • Anonim
    elya · 29 Mart 2014 19:2200

    ele bil olumunu bilirmis butun musahibelerinde olumnen danisib Allah rehmet elesin yeri cennetlik olsun amin.

    Cavab yaz
    • Anonim
      Anonim · 29 Mart 2014 21:0600

      Allah rahmat elesin sene Huseyin Derya !!!

      Cavab yaz
  • Anonim
    Anonim · 29 Mart 2014 19:4300

    allah sevdiyi bendeni cetinliye salir ki ona sebr etmeyi bacarsin...

    Cavab yaz
  • Anonim
    Anonim · 29 Mart 2014 19:5600

    allah sevdiyi bendesini yanina tez aparir ki qalib cirklenmesin.

    Cavab yaz
  • Anonim
    aydan · 29 Mart 2014 19:5900

    senin insani keyfiyyetlerine qiymetim sonsuzdur heyf ki senin kimi insani gec tanimisam....belke fanatlarindan biride men olardim

    Cavab yaz
  • Anonim
    seva · 29 Mart 2014 20:0200

    Bəs indi döşünə vuran kənan m.m niyə həbsxanaya yanına getməyib?adı pis çıxar deyə?indi hoppanıb düşür,reklam edir özünü.ilk dəfə danışansa hörmətlə yanaşdım,bu da lap agın çıxartdı.tv-dən düşmür

    Cavab yaz
    • Anonim
      Anonim · 29 Mart 2014 21:2500

      Eyni sizin kimi fikirlesirem

      Cavab yaz
      • Anonim
        Anonim · 30 Mart 2014 12:3000

        Duz deyirsen lap agin cixartdi

        Cavab yaz
  • Anonim
    Anonim · 29 Mart 2014 20:0200

    allah senin kimi insanlari yasadib insanlig reftari nece olur deye ibret olmaqdansa.... ilhame.... kimi kibirli insanlari yasadib
    bus butun heyata, yasamaga nifretimizi artirir...
    allah rehmet etsin

    Cavab yaz
    • Anonim
      Anonim · 29 Mart 2014 21:5200

      ela yazmisiz vallah

      Cavab yaz
  • Anonim
    Anonim · 29 Mart 2014 20:0400

    cox pis oluram...heyatin qanunudur yaxsi insanlarin omru qisa olur.

    Cavab yaz
  • Anonim
    Anonim · 29 Mart 2014 20:4200

    Azərbaycanın 1 nömrəli reperinə ALLAH rəhmət eləsin.
    Çox hayif Hüseyn sənə çox hayıf.Sən hələ çox işlər
    görməliydin.

    Cavab yaz
  • Anonim
    Leyla · 29 Mart 2014 20:4700

    Sen repin CANısan!!!Sen dayandin,rep de dayandi.Allah rehmet etsin!Amin!

    Cavab yaz
  • Anonim
    Anonim · 29 Mart 2014 21:2900

    repi sen yaratmishdin seninle getdi iller kecsede rep deyende huseyin yada dushecek huseyn deyende rep vessalam allah yerini cennet etsin

    Cavab yaz
  • Anonim
    Anonim · 29 Mart 2014 21:3200

    cismin getdi........ lentin qaldi seklin qaldi, sesin qaldi sen nece ole ve unudula bilersen axi....

    Cavab yaz
  • Anonim
    Anonim · 29 Mart 2014 21:3400

    heqiqeten cooox tessuf ki, sen olenden sonra yasayirsan...

    Cavab yaz
  • Anonim
    Anonim · 29 Mart 2014 21:4200

    ozun getdin..... bize ne qaldi tessufle kaskilerle yasamaq....eh acimasiz heyat

    Cavab yaz
  • Anonim
    HUQO · 29 Mart 2014 22:0800

    HANSI BIR ZIYALI INSAN SENIN KIMI DANISMIR ONA GOREYDIKI HEMISE O EFIRDE DANISANDA MEN HEC VAXT KANALI DEYISMEMISEM....ALLAH REHMET ELESIN

    Cavab yaz
  • Anonim
    Anonim · 29 Mart 2014 22:1100

    sənin ürəyin təmiz saf bir insan idin sadəcə taleyin belə yazılıb allah sənə rəhmət etsin qardaş

    Cavab yaz
  • Anonim
    Anonim · 29 Mart 2014 22:1400

    goresen davamcisi telebesi var? ... duzdure yerini tuta bilmez ancaq ki sevenleri ucun teselli olar daha onada insallah ki haqqsizdiq etmeyib de destek olarlar o bextever kimdise, efire cixmaga cekinmesin

    Cavab yaz
    • Anonim
      Leyla · 29 Mart 2014 22:4900

      beli var,Eshref Derya

      Cavab yaz
  • Anonim
    Aysucuk · 29 Mart 2014 22:4400

    HUSEYININ YAZDGLARINDAN 1SONA VE DAMODU KIMDI O ONU TEK QOYMAYIB,1DEQE EVVELE KIMI MEN KENAN M.ME INANIRDMKIDA O SEMIMIDIR,AMA 100% ANLADMKI KENAN M.M SEN OZNU REKLAM EDRSENMIW,HARDAYDIN HUSEYIN SAG OLANDAA,HARDAAAA,BULARI OXUDGCA MENI DEHWET BURUYUR,ALLAH CEZANIZI VERSIN,GOR YAZG NE VEZYETDEYMWKI CIBNE 10MANAT QOYURLARMW,INANIN DOZE BILMIREM((BUQEDER HAKSIZLIGI ALLAHDA GOTURMEZ VALLAH((

    Cavab yaz
    • Anonim
      Anonim · 29 Mart 2014 23:0700

      Kenan M..M bes sen harada idin?

      Cavab yaz
      • Anonim
        Anonim · 30 Mart 2014 10:3000

        cavab versin de "kenan m m "

        Cavab yaz
        • Anonim
          Anonim · 31 Mart 2014 20:5400

          o vaxt Kenan MM ile arasi deymiwdi.burda var da Kenanin musahibesi.oxumamisiz?oxuyun inda bileceksiz ki Kenan MM durust biridi.niye hebsxanaya yanina getmediyi sualina da ozunuz cavab tapacaqsiz...

          Cavab yaz
  • Anonim
    Aysucuk · 29 Mart 2014 22:4900

    UZULUREM AGLIYRAMKI HUSEYIN YOXDU DAHA,ONU GORE BILMEYECEYIK,1YANDANDA HUSEYNE GORE SEVNREMKI SIZIN KIMI ALCAGLARDAN,VEHWI GOZU DOYMUYAN,PULGIRLERDEN ARTG UZAGLARDADI,DAHA ONU HECKIM INCTMYECEK,ALCATMYACAG,QURANA AND OLSUNKI WEXSEN MEN DERYA UCUN CANIMIDA QURBAN VERERDM,ALLAHIMIZA AND OLSUNKI EDERDIM((MENM UREYIM PARTLAYIREE,BELE YAZLARI OXUDGCA PIS OLURAM,INTERNETMI BAGLATDRCAM BU XARABA DUNYADAN BIXEBER OLUM DEYE((TFU

    Cavab yaz
  • Anonim
    Anonim · 29 Mart 2014 22:5500

    sona seni cox sevdi huseyin sende sonani oqder yarasdirirdimki onlari hyif vefasiz heyat ama sona xanim son musahibesindede senden danishdi sagol dedi allah cahangiri saxlasin aysheni saxlasin biz neqeder sagiq huseyinde yashayacaq xatiresi eziz tutulacaq cox heyif sagliginda hakki olan bu sevgini doya doya gormedi fanlarindan

    Cavab yaz
  • Anonim
    Anonim · 29 Mart 2014 23:2600

    Allah rehmet elesin.

    Cavab yaz
  • Anonim
    Anonim · 29 Mart 2014 23:3900

    Allah rehmet etsin! Yeri cennetlik osun!!!

    Cavab yaz
  • Anonim
    Anonim · 30 Mart 2014 00:2100

    huseyin allah sene rehmet elesin yerin cennet ruhun sad olsun amin

    Cavab yaz
  • Anonim
    MINONA · 30 Mart 2014 02:4300

    BELI SEN SEN YENEDE SEN DERYA SEN COX SEY ETDIN AZERBAYCANA COX SEYI GETRIDIN AMMA SENE HECNE ETMEDILER ARTIGIN YOX AMMA LAIQ OLDUGUNUDA ETMEDILER BUNA GORE HAMIYE HERSEYE NIFRET EDIREM BU CEMIYYETDE HAQLIYA DUZ DANISANA YAXSI QELBI TEMIZ INSANA YER YOXDU ONCUN SEN BEZDIN BEZDIRDILER.ALLAH ONLARA LENET ELESIN SENE ISE QENI QENI REHMET ELESIN DUZ DEYIRDIN SEN OLMEDIN HELEDE YASAYIRSAN VE YASAYACAQSAN.RUHUN SAD OLSUN

    Cavab yaz
  • Anonim
    Anonim S · 30 Mart 2014 04:0500

    hardasiz ay kenana terifler yagdiran qohum eqrabalari.sesiviz ne yaman kesildi.huseyn gedennen kenan waxsey gedirki,ay camaat bir men idim onun yaninda,hami onu tek qoydu.az qalir uzunu cirsin.bu da Huseynin artist insanlara cavabi.bu yazidan sonra kenan sussun artiq,yeteri qeder oynadi,daha besdi!!!

    Cavab yaz
  • Anonim
    Anonim · 30 Mart 2014 08:4100

    bezmediz hele bu Hüseyn Dəryadan danişmaq

    Cavab yaz
  • Anonim
    Q · 30 Mart 2014 09:1900

    Mən repi sevmədiyim uçun rep deyənlərə de qulaq asmiram.Onu deyə bilərəm ki,allah rehmət etsin.Bu dunyada narahat yaşadi, allah o dunyasini versin.İndi onu tərifləyənlər bir vaxtlar ətrafinda olsaydilar,
    bəlkə hələ də yaşayardi, yada nisgilli getməzdi.Ona görə də deyirlər "Sağliğinda qiymət verin insana"...

    Cavab yaz
    • Anonim
      Anonim · 30 Mart 2014 13:0200

      Allah rehmet elesin sene Huseyin

      Cavab yaz
  • Anonim
    Adi oxucu · 30 Mart 2014 11:0200

    ne bilim eeee heyati boyu kimese gore heyfsleneceyim aglima gelmezdi....."qoy tam sagalib ayaga durum, goreceksiz".cooooox tesirlidi.

    Cavab yaz
  • Anonim
    Anonim · 30 Mart 2014 11:5700

    beli repi sen yarattin sen sevdirdin bizlere tayin beraberin yoxidi senin heyif sagliginda qedrini bilmedik indi yaniriqki birdene huseynimiz varidi artiq yoxdur allah sene rehmet elesin

    Cavab yaz
  • Anonim
    Anonim · 30 Mart 2014 12:0900

    hansi verlis efire gedirse huseyini axtariram birvaxt oturdugu yerlerde bashqalari oturub beli biz onu coooooox sevdik ama gostere bilmedik sevgimizi ona catdira bilmedik ozunu yalniz hiss etdi teessuf indi heyfislenirik sagliginda qedrin bilmeliydik huseyin bu dunyanin pisliklerinden getdi yerin cennet olsun

    Cavab yaz
  • Anonim
    Anonim · 30 Mart 2014 12:4900

    baldasar

    Cavab yaz
  • Anonim
    Anonim · 30 Mart 2014 12:5600

    artıq bezdik

    Cavab yaz
  • Anonim
    Anonim · 30 Mart 2014 13:1600

    vay vay vay çox böyük itkidi Azərbaycan üçün. Necə olacaq indi heç bilmirem.))))))))))))

    Cavab yaz
    • Anonim
      Anonim · 30 Mart 2014 22:2900

      basiga gelsin .

      Cavab yaz
  • Anonim
    MeLeyKe · 30 Mart 2014 13:4000

    Allah rehmet elesin ehh

    Cavab yaz
  • Anonim
    Oxucu · 30 Mart 2014 15:0000

    Teessuf, teessuf...Allah rehmet elesin..

    Cavab yaz
  • Anonim
    LEMAN · 30 Mart 2014 19:5100

    ALLAH SENE REHMET ELESIN SENI HEC KIM EVEZ EDE BILMEZ NIYESE INANMAG ISTEMIRIY SENIN OLUMUNE ASHIRI DERECEDE SHOK OLDUM

    Cavab yaz
  • Anonim
    Anonim · 31 Mart 2014 08:4500

    HUSEYN BIR DEFE DE OLSUNKI KENANIN ADINI CEKMIYIB HEC BIR YERDE HEC BIR EFIRDE.....AY KENAN SEN NEVAXT DOST OLMUSAN HUSEYNE??? BU REKLAMA GORE ALLAHIN QABAGINDA SEN CAVAB VERECEKSEN....LENET OLSUN SENE

    Cavab yaz
  • Anonim
    Anonim · 31 Mart 2014 11:5300

    “Böyük iş olub?”

    İnstagramda Hüseyn Dəryanın vəfatı ilə bağlı TV kanallarının birində yayımlanan verilişin müzakirəsi zamanı şəbəkə istifadəçiləri həmin verilişdə iştirak edən Nadir Qafarzadəni qınayıb.Oxu.Az xəbər verir ki, müğənni Hüseyn Dəryanın ünvanına sərt ismarıc yazıb:
    “1-cisi ölüb, cəhənnəmə, qara-gora, böyük iş olub? Gedin qara geyinin, yas saxlayın, sağ olanda hardaydınız? Küçələrdə qalanda, dilənəndə, döyüləndə, ac qalanda hardaydınız? İndi əziz oldu?”

    Cavab yaz
  • Anonim
    Anonim · 31 Mart 2014 15:4100

    her zaman qelbimde yasayacaqsan derya.men seni heqiqeten sox isteyirem.ALLAH sene rehmet elesin.

    Cavab yaz
  • Anonim
    Anonim · 1 Aprel 2014 14:4600

    sladkiy(((

    Cavab yaz
  • Anonim
    Anonim · 20 Avqust 2014 11:5200

    TENHA CANAVAR - ANIM (Huseyn Deryanin Xatiresine)

    Dinleyin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.