Şou-biznes

Məşhur azərbaycanlı aparıcının üçəmləri "Möhtəşəm yüzyıl"da - FOTO

30 Yanvar 2014 20:51
25 Şərh     Baxış: 12 309
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"AzTV"-nin keçmiş aparıcısı Esmira Çərkəzqızının üçəm körpələri Türkiyənin məşhur "Möhtəşəm Yüzyıl" serialında çəkiliblər

Milli.Az xəbər verir ki, hazırda Türkiyədə yaşayan aparıcı Lent.az-a açıqlama verərək bildirib ki, təklif onlar üçün gözlənilməz olub: "Sözün düzü, bu təklifi "Möhtəşəm Yüzyıl" serialının komandasından gözləmirdim. Təklif mənim üçün sürpriz oldu. Belə ki, həmin filimin rejissorları ekran işində rol almaq üçün üçəm körpə axtarırmış.

Uşaqlarımı dünyaya gətirdiyim "Acı badem" xəstəxanasından isə mənim körpələrimin şəkillərini göstəriblər. Filmi çəkənlər də bəyənib bizlə əlaqə saxladılar, danışdıq, razılaşdıq. Yanvarın əvvəllərində çəkilişlər başladı və serialın dünənki bölümündə yayımlandı.

Aparıcı onu da əlavə edib ki, övladları ilə bağlı ona növbəti reklam təklifləri də gəlib.
 

Qeyd edək ki, türkiyəli hərbçi Tayyar Sayğılı ilə ailə quran E.Çərkəzqızının üçəm (2 oğlu, 1 qızı) övladı var.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.