Şou-biznes

İlhamə Quliyeva oğlu və gəlini ilə - FOTO

30 Yanvar 2014 13:45
3 Şərh     Baxış: 8 005
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xalq artisti İlhamə Quliyeva oğlu və gəlini ilə görüntülənib.

Anspress-in məlumatına görə, sənətçi ötən gün müğənni Xatirə İslamın doğum gününə ailəsi ilə birlikdə qatılıb. "Şöhrət" ordenli İlhamə xanımın gecədə oğlu Orxan və gəlini Arifə ilə səmimi görüntüləri gözlərdən yan keçməyib.

Qeyd edək ki, xalq artistinin oğlu ötən ilin aprel ayında ailə həyatı qurub. Toy mərasimində xalq artistinin gəlini artıq hamilə idi. Hal-hazırda cütlüyün Ruslan adında bir övladları var.

Xatırladaq ki, İlhamə Quliyeva 80-ci illərdə qısa müddətli ailə həyatı qurub. Sənətçinin həyat yoldaşı Faiq Mirmöhsünov adlı bəy olub. Xalq artistinin oğlu Orxan Nadirov Cinayət Məcəlləsinin 234-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) üzrə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Orxan Nadirov 11 ay həbs cəzası alaraq məhkəmə zalından azadlığa buraxılıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.