Şou-biznes

Xatirə İslamın ad günündə qalmaqal - YENİLƏNİB - FOTOSESSİYA

30 Yanvar 2014 11:59
29 Şərh     Baxış: 31 360
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
10:25

Ötən gün müğənni Xatirə İslam şou əhlini, yaxın dostlarını başına yığaraq, ad günü keçirib.

Publika.Az xəbər verir ki, dəbdəbəli məkanların birində reallaşan ad gününə ulduzlar axın ediblər.

Xalq artistləri Flora Kərimova, İlhamə Quliyeva, Məleykə Əsədova, Nazpəri Dostəliyeva, əməkdar artist Nüşabə Ələsgərli, müğənnilər Natavan Həbibi, Səidə Sultan, Xatun, Aysel Əlizadə, Elton və digərləri Xatirənin sevincinə şərik olublar.

Küsülü olan İlhamə Quliyeva, Flora Kərimova və Nazpəri Dostəliyevanın bir məclisdə olması bütün diqqəti onlara yönləndirib.

Ad gününü tez tərk edən Nazpəri Dostəliyevadan sonra xalq artisti İlhamə Quliyeva Xatirəyə xeyir-duasını verib, ürək sözlərini dilə gətirdi. Bu zaman xalq artisti Flora Kərimova məclisi tərk etdi.

Bu və ya digər maraqlı məqamlarla zəngin olan ad günündən özəl fotoları sizlərə təqdim edirik

---------
09:30

Milli.Az show.az-a istinadən bildirir ki, ötən gün müğənni Xatirə İslam ad günü mərasimi düzənləyib. 33 yaşını qeyd edən müğənninin ad günündə bir çox məşhurlar iştirak ediblər.

Xalq artisti İlhamə Quliyeva, Flora Kərimova, Nazpəri Dostəliyeva, Məleykə Əsədova, əməkdar artist Nüşabə Ələsgərli, müğənni Nadir Qafarzadə, Elçin Cəfərov, Günay İbrahimli, İzzət Bağırov, Rüfət Axundov, Natəvan Həbibi, Kərim, Səidə Sultan, Gülay Zeynallı, rəqqasə Fatimə, Rəqsanə və başqaları iştirak ediblər. Ad günündə xalq artisti İlhamə Quliyeva Xatirəni ifası ilə xüsusi olaraq, təbrik edib.

Qeyd edək ki, Xatirə İslam 1981-cı ildə Xankəndi şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirən müğənni səhnəyə ilk addımlarını 2002-ci ildə atıb.

Müəllimi İslam Rzayevdən dərs alıb və onun adına uyğun olaraq, "İslam" ləqəbini götürüb.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

--------
11:59



---------
10:25

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.