Şou-biznes

Azərbaycanlı müğənni cangüdənlə gəzir? - YENİLƏNİB - FOTO

14 Yanvar 2014 17:21
7 Şərh     Baxış: 8 356
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
17:21

Son zamanlar haqqında daha çox söz-söhbətlər yayılsa da, əvəzolunmaz səsi ilə hər kəsi özünə valeh edən müğənni Mətanət Əsədovadan yeni xəbər var. Dünən tədbirlərin birinə müğənninin cangüdənlə qatıldığını deyiblər. Ancaq müğənni bu məsələ barədə Mövqe.az-a danışıb:

"Mənim cangüdənim yoxdur axı... Dünənki həmin dediyiniz tədbirə də, bacımoğlu Muradla qatılmışam. Bacımın uşaqları da maşallah elə gözəl, boylu-buxunludurlar ki, görən bir də baxır. Yaraşıqlıdırlar. Bir az da mənə oxşayırlar. Ömründə mənim cangüdənim olmayıb".


--------
14:08

Müğənni Mətanət Əsədova ötən gün "Number one" mükafatlandırma mərasiminə qatılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı qara uzun libasındakı sinə dekoltesi ilə diqqətləri öz üzərinə toplayıb.

Onun tədbirə cangüdənlə gəlməsi isə bəzi insanların təəccübünə səbəb olub.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.