Azərbaycanlı müğənni cangüdənlə gəzir? - YENİLƏNİB - FOTO
14 Yanvar 2014 17:21
17:21
Son zamanlar haqqında daha çox söz-söhbətlər yayılsa da, əvəzolunmaz səsi ilə hər kəsi özünə valeh edən müğənni Mətanət Əsədovadan yeni xəbər var. Dünən tədbirlərin birinə müğənninin cangüdənlə qatıldığını deyiblər. Ancaq müğənni bu məsələ barədə Mövqe.az-a danışıb: "Mənim cangüdənim yoxdur axı... Dünənki həmin dediyiniz tədbirə də, bacımoğlu Muradla qatılmışam. Bacımın uşaqları da maşallah elə gözəl, boylu-buxunludurlar ki, görən bir də baxır. Yaraşıqlıdırlar. Bir az da mənə oxşayırlar. Ömründə mənim cangüdənim olmayıb".
--------
14:08
Müğənni Mətanət Əsədova ötən gün "Number one" mükafatlandırma mərasiminə qatılıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı qara uzun libasındakı sinə dekoltesi ilə diqqətləri öz üzərinə toplayıb.
Onun tədbirə cangüdənlə gəlməsi isə bəzi insanların təəccübünə səbəb olub.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.




