Şou-biznes

Mükafatı Röya verdi, Zülfiyyə Xanbabayeva qalib gəldi - FOTO

31 Dekabr 2013 11:26
4 Şərh     Baxış: 6 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Axşam.az-a istinadən bildirir ki, 106.3 FM-in keçirdiyi sorğuda "İlin mahnısı" müəyyənləşib.

Xalq artisti Zülfiyyə Xanbabayeva və müğənni Miri Yusifin "Dostum" dueti birinci olub. "Milli dalğa" mükafatı öz sahiblərinə verilib. Qaydalara əsasən mükafatı Z.Xanbabayeva və Miri Yusifə ötən ilin birincisi Röya təqdim edib.


Canlı yayımda verilişin qonağı olan məşhurlar maraqlı anlar yaşayıb. Miri Yusif 106.3 FM-in heyətinə yeni "Ağ qarğa" albomunu bağışlayıb.

Radionun kollektivi də xalq artistinə və müğənniyə onların fotolarından ibarət, xüsusi hazırlanan fotoalbom hədiyyə ediblər.


Anasını itirdikdən sonra səhnə fəaliyyətinə ara verən xalq artisti Zülfiyyə Xanbabayeva dünən 106.3 FM-in qonağı olub.


Müğənni uzun fasilədən sonra yenidən efirdə olmağının təəssüratlarını belə izah edib: "Məlum səbəbdən bir müddətdir ki, səhnəyə ara vermişəm. İndi studiyada qonaq oldum. Bir az da olsa kefim açıldı".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.