Şou-biznes

Əli Mirəliyev: “Başım işləməsəydi, ruhi xəstəxanada yatardım”

8 Fevral 2010 14:05
Baxış: 385
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Buna səbəb isə bəzi həmkarlarının onun söylədiklərini ciddiyə almamaları və çox vaxt 40 ilin sənətkarına ruhi xəstə kimi yanaşmalarıdır. "Mən səhnəyə gəldiyim gündən, daim düzlüyün tərəfdarı olmuşam. Düzdür, son günlər gənc nəslin nümayəndələri məni efirdə qalmaqalçı kimi tanıdılar. Əgər mən dəliyəmsə, onda niyə jurnalistlər məni sorğu-suala çəkirlər? Maraqsız müğənniyəmsə, nə səbəbdən hər həftə müsahibələrim qəzetlərdə, internet saytlarında dərc olunur? Demək olar ki, hər həftə müxtəlif maqazin proqramlarına çəkilməkdən ötrü dəvətlər alıram. Və yaxud musiqi yarışmalarında münsiflər kürsüsündə əyləşirəm. Başım işələməsəydi, ruhi xəstəxanada yatardım da".

Danışdıqca əsəblərinə hakim ola bilməyən müğənni, giley-güzar etməyi də unutmadı: "40 ilə yaxındır ki, susurdum. Son iki-üç ildə oxuya bilməyən bəzi müğənniləri tənqid edəndən sonra, gördülər ki, sən demə  Əli də var imiş. Vaxtı ilə "Dan ulduzu" ansamblının, Səid Rüstəmov adına orkestrin, Dövlət Mahnı Rəqs Ansamblının  solisi olmuşam. Dünyanın 50-dən artıq ölkəsində qastrol səfərinə getmişəm. Amma heç bir fəxri adın sahibi deyiləm. Bu vaxta qədər zəhmətim heç cür qiymətləndirilməyib. İndi də mənə dəli deyirlər? Ayıb olsun belə fikirləşən insanlara"!

/Trend Life/

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.