Qeyd olunurdu ki, artıq toy bazarında isti yerini itirməkdə olan Musa və Təranə bu cür çirkin yolla camaatın diqqətini özlərinə cəlb etməyi düşünürlər. Dünən Təranə Qumral Musa Musayevlə barışdıqlarına dair mətbuata açıqlama veriblər. Müğənni Təranə Qumral ilə keçmiş həyat yoldaşı Musa Musayev barışdığını heç nə olmamış kimi bəyan edib.
Milli.Az editor.az-a istinadən xəbər verir ki, Təranə Qumral bildirib ki, Musa əsəbi olduğu üçün bu cür açıqlamalar verib: "Biz dünən gecəni Musa ilə bir yerdə keçirdik. Oturub söhbətləşdik. Qərara aldıq ki, barışaq. Özü də etiraf etdi ki, bu sözləri əsəbi şəkildə söyləyib".
Bərəkallah sizə. Belə yerdə deyirlər: "utanmasan, oynamağa nə var?" Adamın mənəviyyatı nə qədər deqradasiyaya uğramalıdır ki, ailə kimi, ər-arvadlıq kimi müqəddəs bir məfhumu çirkaba bulaşdırsın?
M.Musayev Təranə Qumralla təxminən 2 həftə əvvəl Nərimanov Rayon Məhkəməsində rəsmi qaydada boşandığını bildirirdi. M.Musayevin dediyinə görə, onların ayrılmağına arvadının xəyanəti səbəb olub. Musa Musayevin qardaşı, musiqiçi Cabbar Musayev Musa-Təranə "fırtına"sı qopanda mətbuata bildirmişdi ki, qardaşının T.Qumraldan ayrılması mümkünsüz bir işdir: "20 ildən yuxarıdır ki, biz onu dindirmirik. Nə anam, nə əmim, nə də qardaşım onunla danışır. Heç Fransada da belə şey olmayıb ki, kimsə çöldə qalan bir qadını gətirib evinə çıxartsın. O elə bir qadınla evləndi ki, onu nəinki Musayevlər ailəsi, heç bizim rayon qəbul etmədi. Mən inanmıram ki, onlar ayrılsın. Bu mümkün olan şey deyil, saxtadır. Mənim qardaşım elə bədbəxt olub ki, heç vaxt onun cəngindən ayrıla bilməz".
M.Musayevin Təranəni tüfənglə vurmaq istəyinə gəlincə isə Cabbar Musayev buna şübhə etdiyini bildirib: "Mən qardaşımda elə qeyrət görmürəm".
Təbii, qardaş qardaşa daha yaxından bələd olar. Təranə-Musa cütlüyünün barışması xəbərinə isə Cabbar Musayevin münasibəti belə olub: "...Yalnız onu deyim ki, onlar barışdı, mən lap biabır oldum".
Müğənni Əli Mirəliyev də olaya münasibət bildirib: "Mən Musa Musayevin mediaya belə açıqlama verməsinə çox pis baxıram. Qadın gedib əxlaqsız hərəkət edibsə, onun əri bunu yaymamalıdır. Bunlar tanınmış insanlardır. Bu hadisə baş veribsə, Musa papağını başına qoyub evdən getməli idi və heç kəsə heç nə deməməli idi. Qadın xəyanət edirsə, günahkar kişidir. Kişi qadını xəyanətə vadar edir. Hər işin başında kişi durur. Əgər kişi kişi deyilsə, arvadı da gəzəyən olacaq, qızı da əxlaqsız olacaq. Əgər kişi əsl kişidirsə, ailəsində əmin-amanlıq olacaq. Hər bir ailədə anlaşılmazlıq, narazılıq ola bilər. Müğənnidir də, ola bilər kimsə xoşuna gəlib, kiməsə baxıb. Nə olsun? Sən bilmirdin müğənni saxlayırsan? Musa, nəvələrin var sənin. Utanmırsan, mediaya çıxartmısan arvadını?"
Bu arada baş verən qalmaqalın bəzi ilginc detalları ortaya çıxıb. Yəni Musanın azart vərdişlərinin olduğu bəlli olub. Elə Təranə də bir neçə açıqlamasında M.Musayevin "Topaz"a pul qoymasını dilə gətirir. Deyilənə görə, Musaya aid var-dövlətin Təranənin adına olması da birincinin çirkin vərdişlərilə bağlıdır. Yəni tez-tez uduzan Musa Musayev qorxub ki, günlərin birində bütün var-dövlətini uduza bilər, odur ki, nəyi var Təranənin adına keçirib. Sonradan ayrıldıqlarından, Musa əmlakını xilas etmək üçün arvadının adını belə çirkin işlərdə hallandırmağa başlayıb...
Bütün bunlardan sonra maraqlıdır, bu cütlük bundan sonra adam içinə necə çıxacaq, ümumiyyətlə, çıxa biləcəkmi.
Milli.Az
Şou-biznes
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Təranə Qumral - Musa Musayev: niyə ayrıldılar, niyə barışdılar?
30 Aprel 2013 17:06
1 Şərh
Baxış: 2 918

DİGƏR XƏBƏRLƏR
-
Maykl Ceksonun qızı “mükəmməl kişi” dediyi nişanlısından ayrıldı - FOTO
-
Ürəyi dönər istədi, Ankaradan Antalyadakı villasına dönərçi gətirtdi - FOTO
-
Şirvanda ata ilə oğul boğuldu
-
Arif Babayevin son görüntüsünü paylaşdı - VİDEO
-
Yenə Nigara söz atdı, özü tənqid HƏDƏFİ OLDU: "Qoca kaftar..." - VİDEO
-
Bakıda konsertini ləğv edən müğənni TƏHDİD OLUNUR - Sedat Pekerin adı qarışdı - VİDEO
XƏBƏR LENTİ
-
Hər gün şokolad yemək sağlamlığa zərərdirmi, yoxsa faydalıdır?
-
Azərbaycan qazının Suriyaya ixracı ilə bağlı Türkiyədə açılış mərasimi keçirilir - FOTO
-
Əyləncə mərkəzində atışma: Aktrisanın keçmiş əri yaralandı - VİDEO - FOTOlar
-
Azərbaycan-İran sərhədində insdent - 6 kq marixuana aşkarlandı - FOTO
-
Zelenski Putinə danışıqlar təklif etdi
-
Yaxın Şərqin səma qambiti: İsrailin üstünlük dövrü başa çatır?
-
Ukrayna Aİ-yə üzv olmaq üçün eynicinsli nikahları tanımalıdır
-
Bu gün 41 dərəcə isti GÖZLƏNİLİR
-
Maykl Ceksonun qızı “mükəmməl kişi” dediyi nişanlısından ayrıldı - FOTO
-
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edildi
-
Daha bir ölkədə güclü zəlzələ oldu
-
Bu şənbə dörd bürcü uğur dalğası bürüyəcək: Onlardan biri sən ola bilərsənmi?
-
"Tramp ölkəni qaranlıq bir dövrə sürükləyir" - Bayden
-
Azərbaycan qazı Ukraynada: Trans-Balkan marşrutu ilə yeni enerji xəritəsi
-
Qatığın içinə 1 qaşıq əlavə edib yeyin - Şişkinliyi kökündən yox edir
-
Keçmiş prezidentə 12 il ev dustaqlığı cəzası verildi
-
Səhər oyana bilməyənlər bunu etsin
-
Saç niyə tökülür və keçəlliyə çarə varmı? - Mütəxəssislər izah edir
-
40 dərəcə istidə niyə çay içirik?
-
Kondisionerlər bu halda zərərlidir
-
Gənclərin unutqanlıq probleminə səbəb nədir?
-
50 yaşdan sonra qadınların uzun və sağlam yaşaması üçün 6 vacib vərdiş
-
III Dünya müharibəsinə səbəb ərazi iddiaları olmayacaq: 300-ə yaxın bölgə risk altında
-
İsrailin hava limanına ballistik raketlər atdılar