Milli.Az xəbər verir ki, veriliş maraqlı hadisələrlə yadda qalıb. Aparıcıların suallarını cavablandıran Pərvanə Röyalı yerli şou-biznesdəki fəaliyyəti ilə bağlı maraqlı açıqlamalar edib. O, bəzi həmkarlarından fərqli olaraq, ictimai nəqliyyatdan istifadə etdiyini deyib.
Pərvanə Röyalı canlı efirdə verilişin aparıcısı Rahim Qafarlıya elçi düşüb: "Lap istəsən anamı sizə elçi göndərim. Bu təzə versiyadı, indi qızlar oğlanlara elçi göndərir".
Xatırladaq ki, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonları və qonşu Dağıstan Respublikasının bəzi ərazilərində yayımlanan RTV-nin "Gün başladı" verilişi həftə içi 5 gün, saat 08:00-dan 11:00-dək canlı efirdə olur. "Gün başladı" Regional Televiziyanın (RTV) ən baxımlı teleşoularından biridir. Verilişi internetdən izləmək istəyənlər www.regionaltv.az saytında "Canlı izlə" bölümünə daxil olaraq bunu reallaşdıra bilərlər.
Milli.Az
Şou-biznes
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Müğənni canlı efirdə aparıcıya elçi düşdü - VİDEO
29 Yanvar 2013 17:47
0 Şərh
Baxış: 2 705
