Müğənni canlı efirdə aparıcıya elçi düşdü - VİDEO

29 Yanvar 2013 17:47
Milli.Az xəbər verir ki, veriliş maraqlı hadisələrlə yadda qalıb. Aparıcıların suallarını cavablandıran Pərvanə Röyalı yerli şou-biznesdəki fəaliyyəti ilə bağlı maraqlı açıqlamalar edib. O, bəzi həmkarlarından fərqli olaraq, ictimai nəqliyyatdan istifadə etdiyini deyib.

Pərvanə Röyalı canlı efirdə verilişin aparıcısı Rahim Qafarlıya  elçi düşüb: "Lap istəsən anamı sizə elçi göndərim. Bu təzə versiyadı, indi qızlar oğlanlara elçi göndərir".

Xatırladaq ki, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonları və qonşu Dağıstan Respublikasının bəzi ərazilərində yayımlanan RTV-nin "Gün başladı" verilişi həftə içi 5 gün, saat 08:00-dan 11:00-dək canlı efirdə olur. "Gün başladı" Regional Televiziyanın (RTV) ən baxımlı teleşoularından biridir. Verilişi internetdən izləmək istəyənlər www.regionaltv.az saytında "Canlı izlə" bölümünə daxil olaraq bunu reallaşdıra bilərlər.

Milli.Az