Şou-biznes

Ulvira Qarayevanın "İkinci həyat"ının aparıcısı məlum oldu

27 Sentyabr 2012 16:08
0 Şərh     Baxış: 1 375
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az-ın əldə etdiyi məlumata görə, ANS TV-də yayımı dayandırılmış "İkinci həyat" verilişi yaxın günlərdə yenidən efirdə nümayişini bərpa edəcək. Əldə etdiyimiz məlumata görə, Ulvira Qarayevanın aparıcı olduğu verilişi bundan sonra populyarlığı ilə həmkarından heç də geri qalmayan Rövşanə Bektaşi aparacaq.

Gələn həftənin birinci günündən başlayacaq "İkinci həyat"da Rövşanə müvəqqəti efirə çıxacaq. Səbəb isə teleaparıcının hər bazar günü efirdə nümayiş olunan "Bazar səhəri" proqramından uzaqlaşmamaq istəyidir.

Onu da bildirək ki, "İkinci həyat"da bəzi format dəyişikliklərinin olacağı da gözlənilir.

Şahin Cavadsoy
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.