Şou-biznes

Röyanın xoruz və pələnglə erotik görüntüləri – FOTOSESSİYA

15 İyun 2010 12:06
Baxış: 3 189
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az xəbər verir ki, Nailə Mirməmmədli, Aygün Səmədzadə, Pərviz və digər bəstəkarlardan mahnılar ifa edən müğənninin konsertində Sevda Yəhyayeva, Samira və İlahə Cəfərova da tamaşaçılar üçün mahnılar ifa ediblər.

Röya budəfəki konsertində də maraqlı və qeyri-adi şou nümayiş etdirib. Konsertin gedişində səhnəyə 2 geyimdə çıxan müğənni libaslarından birində pələngi xatırladıb, digərində erotikliyi ilə diqqəti çəkib. Röyanın şousunun birinci hissəsində obrazını "erotik tovuzquşu" və ya "göy xoruz" da adlandırmaq olardı. Konsertin anonslarından da hiss olunduğu kimi, səhnədə onu bir neçə mahnıda "vampirlər" də müşaiyət edib.

Tamaşaçılar səhnədə yarıçılpaq rəngarəng geyimli Röyanın milli ornamentli ağ kəlağayıdan istifadə etməsindən tutmuş, Afrika zənci rəqslərini xatırladan rəqs qruplarının müşaiyətinə qədər qeyri-adi performansın şahidi oldu.  

Konsertin rejissoru müğənni və teleaparıcı Rəhim Rəhimli olub. Dünən Röyanın həm də ad günü olduğundan həmkarları ona konsertində musiqi töhvələrini verdilər.

Leyla
Milli.Az




















































Foto Trend
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.