Şou-biznes

Günün ən böyük musiqili şousu: Keti Perri bu axşam Bakıda

25 Sentyabr 2026 14:08
Baxış: 652
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Keti Perri bu axşam Bakı Kristal Zalının səhnəsini coşduracaq.

Dünya şöhrətli pop ulduzu "Roar", "Firework", "Dark Horse" və digər məşhur hitləri ilə minlərlə Formula 1 azarkeşinin qarşısına çıxacaq. Bu dəfə Bakı Şəhər Halqasında eşidilən mühərrik səslərinə dünya pop səhnəsinin ritmləri də qoşulacaq.

Keti Perrinin konserti 10-cu yubiley Azərbaycan Qran-Prisinin əyləncə proqramının ən çox gözlənilən gecələrindən biridir. Minlərlə azarkeşi bir araya gətirəcək şou yarış həftəsonuna yeni enerji qatacaq.

Gün ərzində Formula 1 həyəcanı Bakı Şəhər Halqasında yaşanacaq, axşam isə bütün diqqət Bakı Kristal Zalına yönələcək. Bu gün Bakıda sürətə bir də Keti Perrinin musiqisi qoşulur.

Müəllif: Tural Hüseyn

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.