Dünyadan vaxtsız köçən ulduzlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Amerikalı aktrisa Hayden Panettyerinin 36 yaşında qəfil vəfat etməsi dünya şou-biznesini sarsıdıb. Aktrisanın ölümündən sonra gənc yaşda həyatdan köçən digər məşhur Hollivud simaları da yenidən xatırlanıb.
Milli.Az lent.az-a istinadən erkən yaşda dünyasını dəyişən məşhurların siyahısını təqdim edir:
Hayden Panettyeri
"Heroes" və "Nashville" serialları ilə tanınan Hayden Panettyeri avqustun 16-da 36 yaşında vəfat edib.
Ukraynalı boksçu Vladimir Kliçkonun keçmiş nişanlısı olan aktrisa Cənubi Karolinada huşsuz vəziyyətdə tapılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Meyitin müayinəsi zamanı zorakılıq əlamətləri aşkarlanmayıb. Ölümün dəqiq səbəbi ilə bağlı araşdırma davam edir.
Hit Ledger
Avstraliyalı aktyor Hit Ledger 22 yanvar 2008-ci ildə cəmi 28 yaşında vəfat edib.
Aktyor Nyu-Yorkdakı mənzilində ölü tapılıb. Rəsmi məlumata görə, onun ölümünə eyni vaxtda qəbul etdiyi bir neçə dərmanın orqanizmə təsiri səbəb olub.
Hit Ledger xüsusilə "The Dark Knight" filmində yaratdığı Joker obrazı ilə yadda qalıb.
Mişel Traxtenberq
"Buffy the Vampire Slayer" və "Gossip Girl" seriallarının ulduzu Mişel Traxtenberq 26 fevral 2025-ci ildə 39 yaşında vəfat edib.
Aktrisa Manhettendəki evində huşsuz vəziyyətdə tapılıb. Sonradan tibbi ekspertiza onun şəkərli diabetin ağırlaşmaları nəticəsində öldüyünü müəyyən edib.
Pol Uoker
"Fast & Furious" filmlərinin ulduzu Pol Uoker 30 noyabr 2013-cü ildə 40 yaşında avtomobil qəzasında həyatını itirib.
Aktyor dostu Rocer Rodasın idarə etdiyi idman avtomobilində olarkən maşın idarəetmədən çıxaraq ağaca və dirəyə çırpılıb, daha sonra alovlanıb. Qəza nəticəsində hər iki şəxs ölüb.
Britani Mörfi
Amerikalı aktrisa Britani Mörfi 20 dekabr 2009-cu ildə, 32 yaşında vəfat edib.
O, yaşadığı evin hamamında huşunu itirib və xəstəxanaya çatdırılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər. Ekspertiza ölümün əsas səbəbinin pnevmoniya olduğunu, dəmir çatışmazlığı anemiyası və qəbul etdiyi dərmanların da vəziyyəti ağırlaşdırdığını müəyyən edib.
Brendon Li
Brüs Linin oğlu, aktyor Brendon Li 31 mart 1993-cü ildə cəmi 28 yaşında faciəli şəkildə həyatını itirib.
O, "The Crow" filminin çəkilişləri zamanı istifadə olunan silahdan açılan atəş nəticəsində ağır yaralanıb. Çəkiliş üçün nəzərdə tutulan silahda qalan mərmi aktyorun ölümünə səbəb olub. Həkimlərin müdaxiləsinə baxmayaraq, Brendon Lini xilas etmək mümkün olmayıb.
Deyvi Çeyz
"The Ring" filmində Samara Morqan obrazı ilə məşhurlaşan Deyvi Çeyz 16 iyun 2026-cı ildə 35 yaşında vəfat edib.
Aktrisa həmçinin "Lilo & Stitch" animasiya filmində Lilo obrazını səsləndirib. Los-Anceles dairəsinin tibbi ekspertizasının məlumatına görə, onun ölümünün əsas səbəbi QİÇS olub. Xroniki şəkildə müxtəlif maddələrdən istifadə isə ölümə təsir edən əlavə amil kimi göstərilib.
Gənc yaşlarında böyük şöhrət qazanan bu aktyorların faciəli taleləri illər keçsə də, pərəstişkarları tərəfindən unudulmur.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Yeşilçam" ulduzunun son halı təəccübləndirdi: Sığınacaqda yaşayır - (Foto)
-
Yenicə toyu olan Afət Rahilqızının səhhəti pisləşdi - (Video)
-
Pünhan Piriyev toyuna gəlməyən daha bir Xalq artistinin adını açıqladı - (Video)
-
Oqtay Kamil Samirəni görüb yıxıldı - (Video)
-
"Səsim Aygün Kazımovanın səsinə oxşayır" - (Video)
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
XƏBƏR LENTİ
-
İranda dollar yenidən kəskin bahalaşdı
-
Ombudsman haqqında Konstitusiya Qanununda dəyişiklik edilib
-
Fazil Məmmədov nazir müavini təyin edildi
-
Xaçmazda inzibati ərazi dairələri üzrə nümayəndəliklərə yeni təyinatlar olub - (Foto)
-
"Yeşilçam" ulduzunun son halı təəccübləndirdi: Sığınacaqda yaşayır - (Foto)
-
Xaçmazda iki məktəbli qardaşı maşın vurdu
-
İrkutskda naməlum xəstəlikdən ölüm: ÜST-dən açıqlama
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı - (Yenilənib)
-
Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı
-
Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək
-
Kənd yumurtası bahalaşdı - (Video)
-
AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi
-
“Flydubai” təyyarəsi vurula bilərdi - İsrailin planı
-
Yenicə toyu olan Afət Rahilqızının səhhəti pisləşdi - (Video)
-
Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib - (Foto)
-
Ələtdə torpaq 50 faiz bahalaşıb - Qiymətlər niyə artır?
-
1870 tələbə ödənişsiz təhsil alacaq - DİM-dən açıqlama
-
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü
-
Papanın qaradərili şəxsin əlini havada qoyması müzakirə yaratdı - (Video)
-
Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik
-
Prezident İlham Əliyev: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik
-
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
-
Sumqayıtda tikilidə yanğın başladı
-
Daha bir ölkə “Avroviziya” ilə yollarını ayırdı





