"Məni aldadıb 300 manatımı almaq istədi"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni Afət Fərmanqızı başına gələn xoşagəlməz hadisəni danışaraq izləyicilərini diqqətli olmağa çağırıb.
Milli.Az xəbər verir ki, sənətçinin sözlərinə görə, naməlum şəxs özünü müğənni Şəbnəm Tovuzlunun meneceri Şahanə kimi təqdim edərək ondan pul almağa çalışıb.
Fərmanqızı bildirib ki, şəxsi nömrəsinə gələn mesajda qarşı tərəf Şəbnəm Tovuzlunun oğlunun ad gününə getdiyini, hədiyyə almaq üçün pulunun çatmadığını yazıb və ondan 300 manat göndərməsini istəyib. Mesajda pulun axşam geri qaytarılacağı da qeyd olunub.
Müğənni əvvəlcə profildə Şahanənin şəkli və adını gördüyü üçün vəziyyətə inanıb. Lakin sonradan şübhələnərək həmin şəxslə telefonla danışmaq istəyib.
"Dedim ki, səninlə işim var, telefonu götür. Zəng etdim, cavab vermədi. Yazdı ki, yanında adamlar var, axşam rahat danışarıq. Nə qədər israr etsəm də, telefonu açmadı. Az qaldı pul göndərirdim", - deyə sənətçi bildirib.
Afət Fərmanqızının sözlərinə görə, son anda yadına oxşar üsulla başqa bir müğənninin də aldadıldığı düşüb. Bundan sonra qarşı tərəfə dələduz olduğunu yazıb.
"Yazdım ki, sən dələduzsan. Ondan sonra nömrəmi "qara siyahı"ya saldı. Belələri çoxalıb, hər kəs ayıq-sayıq olsun", - deyə müğənni xəbərdarlıq edib.
Sənətçinin paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər bu cür dələduzluq hallarının artdığını qeyd edərək diqqətli olmağın vacibliyini vurğulayıblar.
Musa
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





