Şou-biznes

Narkotik istifadə edirlərmiş

4 İyun 2026 00:12
Baxış: 307
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyədə aparılan narkotik istintaqı çərçivəsində saxlanılan bəzi məşhurların analizlərinin nəticələri açıqlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  ekspertiza nəticələrinə əsasən, aktyor Onur Tuna və sosial media fenomeni Özgür Deniz Cellatın nümunələrində marixuananın təsiredici maddəsi olan THC aşkarlanıb.

Zehra Hanzade Gürkanların qan və saç analizlərində isə kokain izləri müəyyən edilib.

Qeyd edək ki, əməliyyat zamanı məşhur müğənnilər Mabel Matiz və Berkay Şahin, aktyor Onur Tuna, aktrisalar Feyza Civelek və Serenay Sarıkaya, model Aslıhan Turanlı və tanınmış baş məşqçi Fatih Terimin sabiq kürəkəni Volkan Bahçekapılı da daxil olmaqla bir çox tanınmış saxlanılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.