Azərbaycan musiqisində innovasiya: İlk dəfə Sofi Fayrodan unikal AI layihəsi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanlı müğənni Sofi Fayro yeni "Stop Cortisol" klipini təqdim edib. Layihə daxili harmoniyanın qorunması, emosional balansın bərpası və insanın psixoloji təzyiqdən müdafiəsi ideyası üzərində qurulub.
"Stop Cortisol" ifadəsi ingilis dilindən tərcümədə "kortizolu dayandır" mənasını verir. Kortizol stress hormonu kimi tanınır və uzunmüddətli gərginlik zamanı yüksələrək insanın emosional və psixoloji vəziyyətinə mənfi təsir göstərə bilir. Bu baxımdan, mahnının adı simvolik məna daşıyır və stressə, manipulyativ münasibətlərə, emosional nəzarətə, o cümlədən narsissizm (özünə həddindən artıq vurğunluq və empati çatışmazlığı ilə xarakterizə olunan davranış modeli) kimi hallara qarşı mesaj kimi səslənir. Psixologiyada narsist davranış dedikdə, qarşı tərəfin hiss və ehtiyaclarını nəzərə almadan diqqət mərkəzində olmağa çalışmaq, münasibətlərdə dominant mövqe tutmaq meyli başa düşülür. Kompozisiyada şəxsi sərhədlərin qorunması, özünə hörmət və daxili azadlıq mövzularına xüsusi vurğu edilir.
Sənətçi bildirib ki, layihənin əsas məqsədi insanın özünü itirmədən münasibətlərdə balansı qorumasına diqqət çəkməkdir:
"Mən sözlərin və melodiyanın müəllifiyəm. Mənim üçün vacibdir ki, klip düşüncələrimi və daxili vəziyyətimi əks etdirsin."
Trekin aranjimanı məşhur musiqiçi Farid Ağa tərəfindən hazırlanıb. Müasir üsluba əlavə olunan şərq notları kompozisiyaya fərqli musiqi atmosferi qazandıraraq layihənin emosional təsirini gücləndirir.
Klipin əsas xüsusiyyəti onun tamamilə süni intellekt vasitəsilə yaradılmasıdır. Süjet xətti və vizual obrazlar layihənin müəllifi tərəfindən formalaşdırılıb. Sofi Fayro layihədə müğənni olmaqla yanaşı, söz və melodiyanın müəllifi, ssenari müəllifi, rejissor, montajçı və prodüser kimi çıxış edir. Layihə SANSARA MUSIC prodakşn dəstəyi ilə ərsəyə gəlib.
"Stop Cortisol" təkcə yeni musiqi işi deyil, həm də emosional sağlamlıq, toksik münasibətlər, narsist davranış modelləri fonunda şəxsi sərhədlərin qorunması ilə bağlı çağırış kimi təqdim olunur. Layihə göstərir ki, müasir musiqi yalnız estetik deyil, eyni zamanda sosial və psixoloji mesaj daşıya bilər.
Qeyd edək ki, Sofi Fayro beynəlxalq səviyyədə "Jara Festivalı 2021"də, "Eurovision Azərbaycan 2013"də və "Miss Civilization of Azerbaijan 2012"də iştirak edib. O, "Best International Singer Award", "Rusiya Gözəllik Tanrıçası 2021" mükafatının laureatı olub və modelyer Vyaçeslav Zaytsev tərəfindən keçirilən "Dünyanın ən gözəl Azərbaycan qadını" müsabiqəsinin qalibi seçilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)





