Təmsilçimiz 3 namizəddən biri olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın "Avroviziya 2026" beynəlxalq mahnı müsabiqəsində təmsil olunması üçün namizəd seçimi prosesi plan üzrə davam edir.
Bu barədə Milli.Az-a İTV-dən bildirilib.
Məlumata görə, bu müddət ərzində ifaçılar və müəlliflər müsabiqədə iştirak üçün yüksək maraq nümayiş etdirib. Belə ki, seçim mərhələsinə ümumilikdə 100 müraciət daxil olub.
Bu müraciətlər çərçivəsində 186 mahnı təqdim edilib. Təqdim olunan mahnılardan 107-si yerli müəllif və ifaçılar tərəfindən, 79-u isə xarici müəlliflər tərəfindən təqdim edilib ki, bu da mahnıların təxminən 57,5 faizinin yerli, 42,5 faizinin isə beynəlxalq iştirakçılar tərəfindən göndərildiyini göstərir.
İlkin qiymətləndirmə mərhələsində təqdim olunmuş müraciətlər peşəkar heyət tərəfindən ətraflı şəkildə təhlil olunub və növbəti mərhələyə 18 namizəd dəvət edilib.
Dəvət olunmuş iştirakçılar üçün canlı dinləmələr və fərdi müsahibələr təşkil olunub. Bu mərhələdə namizədlərin vokal imkanları, səhnə təqdimatı, beynəlxalq auditoriya üçün potensialı və Avroviziya formatına uyğunluğu həm peşəkar seçim komissiyası, həm də xüsusi formalaşdırılmış fokus qrupu tərəfindən qiymətləndirilib.
Aparılan qiymətləndirmələrin nəticəsi olaraq, hazırda müsabiqənin növbəti mərhələsi üçün üç namizəddən ibarət qısa siyahı (short list) formalaşdırılıb. Seçim prosesi davam edir və yekun qərar əlavə yaradıcı və strateji müzakirələrdən sonra elan olunacaq.
Azərbaycan nümayəndə heyəti müsabiqədə ölkəni ən yüksək səviyyədə təmsil edəcək ifaçının və kompozisiyanın müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir.
"Avroviziya" beynəlxalq mahnı müsabiqəsi Avropa Yayım Birliyi (EBU) tərəfindən təşkil olunan dünyanın ən nüfuzlu musiqi yarışmalarından biridir. Bu dəfəki müsabiqə Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın şouları bu ölkənin aparıcı konsert və tədbir məkanlarından birində təşkil olunacaq. Müsabiqənin birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may 2026-cı il tarixində baş tutacaq.
"Avroviziya" hər il milyonlarla tamaşaçını ekran qarşısında toplayan, eləcə də ölkələrin musiqisini, mədəniyyətini və səhnə sənətini beynəlxalq auditoriyaya təqdim edən qlobal platforma hesab olunur. Azərbaycan bu müsabiqədə 2008-ci ildən iştirak edir və 2011-ci ildə əldə etdiyi qələbə ilə Avroviziya tarixində mühüm uğurlardan birinə imza atıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





