Əməkdar artistin biznesi ÇÖKDÜ: Məşhur şadlıq evini işlədirdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əməkdar artist Yusif Mustafayev "Bir gün" verilişində qonaq olarkən həyatının az bilinən məqamları ilə bağlı maraqlı və səmimi etiraflar edib.
Milli.Az xəbər verir ki, sənətçi vaxtilə məşğul olduğu biznesin iflasa uğradığını açıq şəkildə dilə gətirib.
Y.Mustafayev bildirib ki, gənclik illərində 9-cu mikrorayonda yerləşən və "Tərlan" adlanan şadlıq sarayının sahibi olub. O, həmin obyekti satdığını və əldə etdiyi pulla bacı-qardaşlarını evlə təmin etdiyini deyib. Müğənni qeyd edib ki, o dövrlərdə sənət adamlarının bizneslə məşğul olması dəb halını almışdı və onun da bu sahəyə marağı yaranmışdı.
Əməkdar artist şadlıq sarayını təxminən 5-6 il işlətməsinə baxmayaraq, sonradan bu işin ona uyğun olmadığını anlayıb:
"Gördüm ki, yox, alınmır. Çoxun dalınca qaçmaq olmaz. Çoxun çox dərdi var. Bu sənətdə olan bərəkət heç bir yerdə yoxdur".
Hazırda daha sakit həyat tərzi seçdiyini deyən Yusif Mustafayev indi kənd təsərrüfatı ilə məşğul olduğunu vurğulayıb. Sənətçi təsərrüfatı, anbarı olduğunu, oğulları Kənan və Tərlanın torpaq sahələrində taxıl, buğda əkdiklərini bildirib. Yığılan məhsulun anbara toplanıldığını qeyd edib.
Əməkdar artist övladlarını məqsədli şəkildə kənd həyatına və zəhmətə alışdırdığını da etiraf edib. Onun sözlərinə görə, oğulları iki gündən bir növbə ilə təsərrüfata gedir, əkin-biçin işlərində iştirak edirlər:
"Balalarımı kəndə, təsərrüfata bağlamışam ki, zəhmətə alışsınlar. Bilirlər ki, palçığın içində əkin-biçin nə deməkdir".
Sənətçinin bu açıqlamaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb və sosial şəbəkələrdə müsbət rəylər yazılıb.
Musa
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





