Şou-biznes

Burak Özçivit Rusiyada kral elan edildi

2 Dekabr 2025 13:00
Baxış: 93
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

 "Kuruluş Osman" serialında rol alan aktyor Burak Özçivit ötən gün Rusiyanın Həştərxan şəhərində keçirilən tədbirə qatılıb.

Milli.Az xəbər verir ki, tədbirdə  "Hansı aktyoru kral görmək istərdiniz?" sualının yer aldığı ictimai səsvermənin nəticələri açıqlanıb. 3 mindən çox səsin toplandığı yarışmada 2747 səs toplayan Özçivit səhnədə kral tacını alıb.

Bu zaman aktyorun "Malkoçoğlu Balı bəy" rolunu canlandırdığı "Muhteşem Yüzyıl" serialının musiqisi səslənib.

Özçivit yarışda birinci olduğuna görə 20 milyon TL alacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.