"Kuruluş Osman" serialında rol alan aktyor Burak Özçivit ötən gün Rusiyanın Həştərxan şəhərində keçirilən tədbirə qatılıb.
Milli.Az xəbər verir ki, tədbirdə "Hansı aktyoru kral görmək istərdiniz?" sualının yer aldığı ictimai səsvermənin nəticələri açıqlanıb. 3 mindən çox səsin toplandığı yarışmada 2747 səs toplayan Özçivit səhnədə kral tacını alıb.
Bu zaman aktyorun "Malkoçoğlu Balı bəy" rolunu canlandırdığı "Muhteşem Yüzyıl" serialının musiqisi səslənib.
Özçivit yarışda birinci olduğuna görə 20 milyon TL alacaq.
Milli.Az