Şou-biznes

Qalmaqallı meneceri yarı yolda qoyanlardan biri də o oldu

21 İyul 2025 21:30
Baxış: 579
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyəli aktrisa Pınar Deniz meneceri Ayşe Barımın sahibi olduğu "İD Consultancy" agentliyi ilə müqaviləsini ləğv edib.

Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, Pınar Deniz sosial media hesabında şirkəti izləmədən çıxarıb və artıq başqa bir agentliklə əməkdaşlıq etməyə razılaşıb.

Qeyd edək ki, Ayşe Barım yanvarın 27-dən etibarən həbsdədir. Ondan əvvəl məşhur cütlük Hazal Kaya və Ali Atay da Barımla müqavilələrini dayandırmışdı.

Xatırladaq ki, Pınar Deniz aktyor Kaan Yıldırımla evlidir. Cütlüyün bir övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.