“Bu gün Azərbaycanda kino çəkilmir, sadəcə gündəm üçün məhsul istehsal olunur” - Tanınmış rejissordan sərt AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycan kino sənayesində durğunluqdur. Bu sahədə islahatlara ehtiyac var".
Bunu Milli.Az-a açıqlamasında tanınmış rejissor, ssenarist və yazıçı Ümid Amin deyib.
Onun sözlərinə görə, hazırda mədəniyyət sahəsində, xüsusilə kino sektorunda diqqətə ehtiyac var:
"Əvvəlcə onu qeyd edim ki, Azərbaycan kinosunun bu günü göz önündədir. Gələcəyi isə gələcək addımlardan asılıdır. Amma işlər çoxdur və ilk addım gənc mütəxəssislərin - aktyor, rejissor, işıqçı, operator və s. kimi peşə sahiblərinin işlə təmin olunmasıdır. Bu isə Mədəniyyət Nazirliyinin birbaşa vəzifəsi olmalıdır".
O, son illərdə Azərbaycanda çəkilən filmlərin keyfiyyətinə də toxunaraq bildirib ki, əksər məhsullar tamaşaçıya ciddi təsir bağışlamır:
"Son illərdə çox az film var ki, bəyənərək izləyim. Rejissor dərzi kimidir - aktyora uyğun "geyim biçməlidir". Hər bir jest, mimika, səslənmə, musiqi, məkan - bunlar bir-birini tamamlamalıdır. Əks halda, ortaya film yox, yarımçıq bir məhsul çıxır".
Rejissor bir sıra aktual sualları da gündəmə gətirib:
"Niyə milli rəqslərimiz, uşaq mövzuları və ya çizgi filmlərimiz yoxdur? Niyə məktəblərdə mədəniyyət və incəsənət dərsləri tədris olunmur? Niyə peşəkar aktyorlar kənarda qalır, əvəzində sənətdən uzaq insanlar efirdə görünür? Halbuki bu gün elə aktyorlarımız var ki, onlar bir məktəbdir - sağ olduqları müddətdə dəyərləndirilməlidirlər".
yazıçı kino sahəsində islahatlara ehtiyac olduğunu açıq şəkildə dilə gətirib:
"Tutarlı, samballı layihələr təqdim olunmalıdır. Ssenari düzgün yazılmalı, rejissor işi peşəkar şəkildə həyata keçirilməli, musiqi, rəssam işi və aktyor seçimi ciddi şəkildə aparılmalıdır. Bayağı sözlərə, səviyyəsiz dialoqlara filmlərdə yer verilməməlidir. Bu, kino deyil".
Sovet dövründəki kino məktəbi ilə bu gün arasındakı fərqi də qeyd edən rejissor vurğulayıb ki, həmin dövrdə formalaşmış peşəkar aktyor və rejissorlar bu gün də maraqla izlənir:
"O vaxt məktəb vardı - peşəkar aktyorlar, rejissorlar yetişirdi. Bu gün isə bir çox film yalnız bir dəfə baxılır və unudulur. Müstəqillik dövrü ilə birlikdə kino sahəsi də azad oldu, amma bu azadlıq bəzən keyfiyyətin hesabına başa gəlir".
Amin həmçinin ssenaristlərin müvəqqəti trendlərə uymasını da tənqid edib:
"Ssenaristə deyirsən ki, bu səhnə belə olmamalıdır, anlayır, dəyişir, amma yenə də bu günün populyarlığını düşünərək bayağılıq əlavə edir. Niyə? Çünki gündəmdə olmaq istəyir. Amma gündəmdə yox, yaddaşlarda qalmaq lazımdır".
Yaradıcılığında dram janrına üstünlük verdiyini bildirən rejissor, keçən il ərsəyə gətirdiyi "Qüdsü" və "İzhar" filmlərinin uğurla qarşılandığını deyib:
"Bu filmlər mənim üçün önəmlidir. Uğurun arxasında rejissor işi ilə yanaşı komanda da dayanır. Film komandadır. Yeni nəsil rejissorlara isə bir tövsiyəm var: Müvəqqəti populyarlıq üçün yox, yaddaşlarda qalmaq üçün çalışsınlar".
Sonda o, bütün peşəkar həmkarlarına uğurlar arzulayıb:
"Hər bir kolleqamın uğuru məni sevindirir. Arzum budur ki, səsləri zirvələrdən gəlsin".
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





