Başqa kişi ilə öpüşmüşdü - aktrisanın yeni sevgilisi görün kimdir? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məşhur ukraynalı aktrisa Natalka Denisenko şəxsi həyatında dəyişikliklərlə gündəmdədir. "Qala çıxacaqsan?", "Klan", "Krepostnaya" kimi seriallarla tanınan Denisenko boşanma prosesində olduğu ərindən ayrıldıqdan sonra yeni münasibətə başlayıb.
Milli.Az xəbər verir ki, bu barədə "Liven" adlı "Telegram" kanalı məlumat yayıb.
Mənbənin yazdığına görə, Denisenko aktyor və 2022-ci ildən etibarən hərbçi olan həyat yoldaşı Andrey Fedinçiklə münasibətləri pozulandan sonra tək qalmayıb. İddialara əsasən, aktrisa hazırda ukraynalı rejissor Aleksey Komarovski ilə sevgilidir.
Cütlük birgə olaraq bu il nümayiş etdirilən "Qala çıxacaqsan?" filmində çalışıblar. Onların münasibətinin nə qədər davam edəcəyi isə hələ məlum deyil. Həmçinin aktrisanın boşanmasına məhz bu münasibətin səbəb olub-olmadığı da təsdiqlənməyib.
.jpg)
Qeyd edək ki, daha əvvəl bloger Boqdan Bespalov aktrisanın yeni münasibətə görə boşanma təşəbbüsünü irəli sürdüyünü iddia etmişdi. Onun sözlərinə görə, Andrey Fedinçik evliliyi qorumağa çalışsa da, Denisenko bu əlaqəni davam etdirməkdən imtina edib.
"Bu iki nəfərin münasibəti olduğu deyilir. Deyəsən, Natalkanın Komarovski ilə münasibəti var. Boşanmanın səbəbi o olubmu - bunu dəqiq bilmirik. Amma ictimaiyyətdə bu barədə çox danışılır", - deyə "Telegram" kanalında qeyd olunub.
Denisenko və Fedinçikin boşanması - nə məlumdur?
Natalka Denisenko rəsmi olaraq boşanma müraciətini 31 yanvar tarixində verib. Məhkəmə prosesinin ilk iclası isə 8 mayda Jitomirdə keçiriləcək. Cütlük 8 il evli olub və onların hazırda 7 yaşlı Andrey adlı oğlu var.
Aktrisa hələ ki, boşanma və yeni münasibət barədə ictimai şərh verməyib. Əri də mətbuata açıqlama təqdim etməyib. Qeyd edək ki, Denisenko daha əvvəl başqa bir kişi ilə öpüşərkən kameralara tuş gəlib, lakin həmin şəxsin kimliyi müəyyən edilməyib.
Xatırladaq ki, Natalka Denisenko bir müddət əvvəl həyatında "çətin bir dövr" başladığını bildirib və Fedinçiklə boşanması fonunda yayılan şayiələrə hazır olduğunu vurğulayıb. Aktrisa baş verənlərin yaxın aylarda daha da geniş müzakirə olunacağını və diqqət mərkəzində qalmağa davam edəcəyini deyib.
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mətbəxdə ən çirkli əşya süngər deyilmiş - Araşdırma təəccübləndirdi
-
Soyuducuya qoyulmamalı 10 qida - Çoxları bu səhvi edir
-
Yay üçün yeni dad: Qaragiləli tiramisu resepti diqqət çəkir
-
Bu məşhur balıq təzyiqi aşağı salmağa kömək edə bilər
-
Keçməyən öskürəyin səbəbi nədir?
-
Ruhəngiz Musəvi həyat yoldaşının qadağasından danışdı
-
Qızı Tom Kruzun soyadından imtina etdi
-
Qobustan qəsəbəsində daha bir körpünün söküntüsünə başlanılıb
-
Samir Tağızadə ölkə üzrə yeganə 700 bal toplayan abituriyent oldu
-
Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır
-
Mərdəkanda dənizdə batan iki nəfərdən biri xilas edilib, digərinin axtarışları aparılır
-
5 milyon baxışı olan mahnını yutubddan sildirdi
-
İngiltərə millisinin müdafiəçisi "İnter"ə keçməyə razılaşdı
-
Dilan Polat haqqında istintaq başladıldı
-
"Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib - (Yenilənib)
-
Orxan Həbibli dünya çempionatının bürünc medalını qazanıb
-
Milli Qvardiyanın yaradıcısı vəfat etdi
-
Gülben Ergenin “Ahbap” istintaqında ifadəsi ortaya çıxdı
-
Göyçayda dağlıq və düzənlik ərazilərdə hektarlarla örüş və biçilmiş taxıl sahələri yanıb
-
Hörmüzə İran deyil, biz nəzarət edirik - Tramp
-
Kassadan 1 milyon dollar oğurlayan azərbaycanlıya 10 il cəza
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində çıxışlar başa çatıb - (Foto)
-
Bu bürclər birlikdə olmaq üçündür
-
Dünyanın ən bahalı otel otağı: bir gecəsi 100 min dollardır





