Serial heyyətinin avtobusu aşdı - aktyorun qabırğaları sındı, vəziyyəti ağırdır - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Gönül Dağı" serialında Taner obrazını canlandıran məşhur aktyor Berk Atan aprelin 19-da ağır qəza keçirib.
Milli.Az yerli mediaya istinadən xəbər verir ki, İstanbuldan Eskişehirin Sivrihisar bölgəsinə yola düşən serial heyətinə məxsus mikroavtobus Sazak kəndi yaxınlığında idarəetmədən çıxaraq aşıb və bir neçə dəfə çevrilib.
Qəza nəticəsində Berk Atan və onunla birlikdə olan Aybike Sağlam Taşkın xəsarət alıblar. Aktyorun qabırğalarında qırıq, Taşkının isə onurğa sümüyündə sınıq müəyyən edilib. Hər iki yaralı dərhal Eskişehir Şəhər Xəstəxanasına çatdırılıb.
Berk Atanın vəziyyəti ağır oldu üçün reanimasiya (intensiv terapiya) şöbəsinə yerləşdirilib. Aybike Sağlam Taşkının isə beyin cərrahiyyəsi bölməsində müalicəsi davam etdirilir.
Qəzanın baş verdiyi nəqliyyat vasitəsinin sürücüsü polis tərəfindən saxlanılıb. Hadisə zamanı avtomobildə Berk Atanın sevgilisi olduğu iddia edilən Sude Zülal Gülerin də olduğu bildirilsə də, onun xəsarət alıb-almadığı ilə bağlı məlumat verilməyib.
Qəzanın ardından ilk görüntülər də yayımlanıb. Kadrlarda çevrilmiş nəqliyyat vasitəsinin ağır deformasiyaya uğradığı müşahidə olunur.
Qeyd edək ki, hadisə Berk Atanın pərəstişkarları arasında böyük narahatlıq doğurub, sosial mediada aktyora keçmiş olsun mesajları paylaşılır.
Xəyal Abdullayev
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
İlham Mirzəyev evə buraxıldı
-
Kəmalə Qaramollayevanın Sahib İbrahimovla rəqsi gündəm oldu - (Video)
-
Anar Mədətov oğlu ilə - (Foto)
-
“Vanlı Kara Haydar”ın arvadı da saxlanıldı
-
Mehmet Ali Erbilin infarkt keçirməsi ilə bağlı açıqlama
XƏBƏR LENTİ
-
Pensiya alanlara şad xəbər
-
Bu universitetdə 5500 manat maaşlı vakansiya var
-
Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik aşkarlandı
-
2027-ci il buraxılış imtahanlarının proqramları açıqlandı - DİM
-
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
-
Çində yük gəmisində yanğın oldu - 20 ölü var - (Video)
-
Renat Dadaşov Ukrayna klubunda
-
Məcnun Məmmədov özünə yeni müşavir təyin etdi
-
Hakimi təhqir edən futbolçuya ağır cəza
-
İstanbulda atışma: Yaralılar var
-
Paşinyan məhkəməyə verildi
-
Kirayədə yaşadığı evdən oğurluq etdi
-
Azərbaycanda bu məhsullar bahalaşdı
-
Bu heyvanları saxlayanlara 1000 manat veriləcək
-
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdi
-
Azıx mağarasından silah anbarı kimi istifadə edilib
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək
-
Tramp yatmaqdan imtina edir
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
Paşinyan Makronla görüşüb
-
Bu ölkədə hər il 20 minə yaxın insan intihar edir
-
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
-
Ölmüş heyvanlarla bağlı yeni qayda





