Şou-biznes

Elgiz: Məclisdə 5 qızı Nanə Ağamalıyeva bilmişəm - VİDEO

19 Aprel 2025 23:12
Baxış: 1 642
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Aparıcı Elgiz Əkbər həmkarı Nanə Ağamalıyevadan söz açıb.

Milli.Az xəbər verir ki, E.Əkbər bildirib ki, bir neçə həftə əvvəl rəqqasə Fatimə Fətəliyevanın doğum günündə qonaqlar arasında olan 5 xanımı N. Ağamalıyevaya bənzədib:

"Rəqqasə Fatimə Fətəliyevanın ad günü məclisində idim. Orada iştirak edən 5 aparıcı Nanə Ağamalıyeva ilə görüşmüşəm. Onların hamısı ilə görüşmüşəm və onları Nanə bilmişəm. Bunlar hamısı özünü Nanəyə oxşadıblar. O məclisdə 5 aparıcı Nanə var idi. Sonra öyrəndim ki, o ad günündə orijinal Nanə olmayıb (gülür). Özü yox idi... Bu beş xanımdan hansının Nanə olduğunu bilmək istəyirdim. Dedilər ki, Nanə yoxdur burada. Bu beş qız özünü and olsun Allaha Nanəyə oxşadıb. O beş qızla görüşüb onlara Nanə deyəndə üzümü gülürdülər. Elə bilirdilər ki, onlarla zarafat edirəm. Amma onları mən tanıya bilmədim. Heç bilmədim ki, bu qızlar hansı sənət sahibidirlər. Yəni estetik o qədər idi ki..." (olay)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.