“Aynişanın bir səhvi də yoxdur” – Aybəniz Haşımova
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əməkdar artist Aybəniz Haşımova qızı Aynişan Quliyeva ilə bağlı açıqlamalar verib.
Milli.Az xəbər verir ki, bu barədə sənətçi "Pərvizə görə"də danışıb:
"Deyirəm, dünyaya bir də gəlsəm, Aynişan kimi gəlim. Elə bil Allah onu proqram əsasında dünyaya gətirib. O insanın bir səhvi yoxdur. Nə deyirsə, hamısı düzdür. Mən də şir bürcüyəm, hərdən özümü göstərmək istəyirəm, deyirəm, mən də düşünə bilirəm. Sonra görürəm ki, Ayni düz deyirmiş.
Mənim həm dostum, həm qızım, həm oğlum, hər şeyim, nəfəsimdir. Həmişə ona deyirəm ki, sən mənim nəfəsimsən, insan nəfəsi bitəndə tükənir. Nəfəsim heç vaxt tükənməsin. Aynişanın timsalında bütün övladların arzularına çatdığını görək. Bəzən səhv arzular da edirik. Həmişə dua edəndə deyirəm ki, gözəl arzuların həyata keçsin.
Aynişanla keçirdiyim anlar həyatımın bütün gözəlliyini ifadə edir. Onsuz keçən günüm gün deyil.
Onsuz keçən gündə yaşamıram. Aynişan yanımda olanda, onu hər görəndə elə bilirəm ki, ömrümə ömür calanır. Elə bilirəm bir yox, saysız dünya yaşayıram... Onsuz olduğum hər an. Təki xoşbəxt olsun.
Dünyanın harasında yaşayırsansa, təki sağlam və xoşbəxt ol. Mənim bəsimdir, mən dözərəm, tək sən yaxşı ol, həyatın yaxşı olsun. Aynişan dünyaya gələnə qədər həyatı başa düşmürdüm.
O, doğulandan sonra anladım ki, həyatın mənası nə və kim imiş. Elə bir arzum var ki, reallaşmağını gözləyirəm. Qoyun, deməyim, çünki hərdən özümün özümə gözüm dəyir. Gözdən qorxun. İnsan sevdiklərini də gözə gətirə bilir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





