Dünya şöhrətli model 27 yaşında ÖLDÜ - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Modellik karyerasına "Australia"s Next Top Model" yarışması ilə başlayan və Armani, Versace, Dolce & Gabbana kimi dünya brendlərinin podiumlarında çıxış edən məşhur model Lucy Markovic 27 yaşında dünyasını dəyişib.
Milli.Az xəbər verir ki, xəbəri onunla əməkdaşlıq edən Elite Model Management agentliyi açıqlayıb.
Agentliyin yaydığı açıqlamada, Markoviçin uzun müddətdir nadir görünən beyin xəstəliyi ilə mübarizə apardığı və həyatını bu xəstəliklə mübarizədə itirdiyi bildirilib. Agentlik, Lucy-ni "parlaq bir işıq" kimi təsvir edərək bu sözləri əlavə edib:
"Modellik Lucy-nin uşaqlıq arzusu idi və onunla bu yolda birgə addımlamaq bizim üçün böyük şərəf idi. O, işinə zəriflik, güc və gözəllik qatırdı."
Qeyd edək ki, Lucy Markovic 2015-ci ildə Tyra Banks-in məşhur "America"s Next Top Model" şousunun Avstraliya versiyası olan "Australia"s Next Top Model"in 9-cu mövsümündə iştirak edib və finalda ikinci yeri tutub. Daha sonra Versace, Victoria Beckham, Oscar de la Renta, Givenchy, Bulgari kimi dünya brendlərinin reklam və podium layihələrində yer alaraq moda dünyasında öz adını tanıtmağı bacarıb.
Üç həftə əvvəl model özünün Instagram hesabında beyinlə bağlı ciddi bir problem yaşadığını, beyin zədələnməsi və iflic riski olduğunu açıqlamışdı.
Məşhur modelin ölümündən sonra Donatella Versace, "İlin modeli" seçilən Alex Consani və bir çox sənətçi onunla bağlı xatirələrini bölüşərək sosial mediada başsağlığı paylaşıblar. /BAKU.WS
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
60 yaşdan sonra qadını NƏ QOCALDIR? - Bunlar yaşınızın üstə 10 il gətirir
-
Qarında şişkinliyi azaltmağın sadə yolları açıqlandı
-
40 yaşdan sonra hamıya lazım olan İÇKİ
-
Çia toxumunun faydaları
-
Bu ölkədə itlər də məktəbə gedir - FOTO
-
"Atalı-analı illərim..." - FOTO
-
Nuhun gəmisi ziyarətçilərə açılır: İçi heyvanlarla doludur
-
"Netflix" aktyoru ölü tapıldı - FOTO
-
Bakıda binanın pilləkəni çökdü - VİDEO
-
"Həmin əməliyyatdan sonra peşman oldum"
-
Günün qoroskopu: Alış-veriş edərkən ehtiyatlı olun
-
Elçin villasından VİDEO paylaşdı
-
ÜST-dən növbəti xəbərdarlıq
-
Bakı məktəbində şagirdin hərəkəti gündəm oldu
-
Konsulun həlak olduğu qəza yerindən VİDEO
-
Həddindən artıq çəki atması diqqət çəkdi - FOTO
-
Əraqçi: İran bundan sonra da "Hizbullah"ı dəstəkləyəcək
-
Bakıda “Hyundai” markalı avtomobil yandı
-
Azərbaycanın Təbrizdəki konsulu faciəvi şəkildə həlak oldu
-
Qadın karateçimiz Avropa çempionu olub
-
Xalq artisti oğluna xeyir iş etdi - FOTO
-
AZAL təyyarəsinin vurulmasına görə kompensasiya yaxın zamanda ödəniləcək
-
Sobada pambıq kimi antrikot resepti
-
AZAL İdarə Heyətinin sədri aviabiletlərin qiymətlərindən danışdı





