Şou-biznes

Məşhur aparıcı efirdə öpüşdükdən sonra yerə yıxıldı - VİDEO

10 Aprel 2025 00:11
Baxış: 2 038
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur amerikalı aktrisa və teleaparıcı Dryu Berrimor öz verilişində aktyor Mett Bomeri öpdükdən sonra yerə yıxılıb.

Milli.Az xəbər verir ki, "The Drew Barrymore Show" proqramının çəkilişi YouTube-da yayımlanıb.

Son bölümlərdən birində Barrimor, arasında Bomerin də olduğu "Modern Last Century" serialının ulduzlarını studiyada qarşılayıb. Aktyor aparıcıya yaxınlaşanda onu öpmək lazım olub-olmadığını soruşub, sonra da bunu edib.

Barrimor  zarafatla: "Mənə göstərilən yeganə romantik diqqət budur". Bomer isə cavabında, uzun illər evli olmasına baxmayaraq, vəziyyətin onun üçün də oxşar olduğunu dilə gətirib.

Daha sonra aparıcı ilə aktyor qol-qola çəkiliş yerlərinə gediblər və aparıcı öpüşməyə cavab olaraq zarafatla yerə yıxılıb. Bomer ona ayağa qalxmağa kömək edib və həmkarları, yəqin ki, onları bir yerdə tək qoymalı olduqlarını söyləyərək lağa qoyublar. (baku.ws)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.