Şou-biznes

Azərbaycanlı müğənni 48 min dollarını İTİRDİ: "Bütün dünya başıma fırlandı"

7 Aprel 2025 18:24
Baxış: 1 520
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Xatun Əliyeva Rusiyada başına iş gəlib.

Milli.Az xəbər verir ki, 48 min dollarını itirdiyini deyən sənətçi bu barədə "Afaqla 10lar" verilişində danışıb. 

"İtki çox pis bir şeydir. Moskvada toyda idim. Toydan sonra dedim ki, acam. Musiqiçilərlə birlikdə marketin içində olan restorana getdik. Orada "Borş" yedim. Çantamı masanın üzərinə qoydum, içində də 48 min dollar, pasportlar. Yeməkdən sonra ayağa qalxıb, telefonumu götürdüm yola düşdük hava limanına. Birdən prodüserim Pənah dedi ki, sənin çantan haradadır? O an şoka düşdüm. İnanın ki, həmin an bütün dünya başıma fırlandı. Geri döndük, qaça-qaça girdik marketin içinə və dedim ki, çantam haradadır? Artıq davamını demirəm. O vaxta kimi restoranda çanta qalar?". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.