"Bizneslərimin hamısı batdı, bərpa edə bilmədim"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"2010-cu ildə qərar verdim ki, toya getməyəcəyəm, filan işləri görməyəcəyəm. Öz ruhuma, varlığıma xoş olmayan, amma maddi cəhəddən yaxşı olan işlərdən imtina etdim".
Milli.Az axşam.az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "efirdən kənar" verilişində deyib. Aktyor həyatında dönüş nöqtəsi yaradan qərarlarından danışıb:
"Düşündüm ki, qoy, kirayədə qalın ödəyə bilməyim, amma sevmədiyim şeyləri etməyəcəyəm. 2 il elə də oldu. Ondan sonra çox əziyyətlər çəkdim, amma işimə çox fokuslandım. Feysbuk, odnoklassnik, vatsapı sildim, sosialdan, toylardan, kütlə olan yerlərdən tam imtina etdim. 3 il dayanmadan işlədim. Nəticəsini də gördüm. Azərbaycandakı ən uzun ömürlü və dövlətin dəstəyi ilə 5 serial çəkildi. 5-də yalnız öz hesabıma ekranlaşdırıldı. Başda çox iradlar oldu. Dedilər ki, "Yaprak dökümü", "Aşk-ı memnu"nu qoyub bunları izləyəcəyik?" Hətta bunu aktyorlar da deyirdi. Amma ölkədə sistem inkişaf etdi. İndi də o aktyorlar, işçi heyəti evinə pul aparır".
Elməddin pandemiya dövründə bizneslərinin çökdüyünü açıqlayıb:
"Pul qazanmaq etabı 2020-ci ilə qədər oldu. Çok film təklifləri olurdu, verilişlər edirdik. Pandemiyada isə televiziya, kino dayandı. Bizneslərimin də hamısı batdı. Depressiyaya düşmədim, amma anlıq yaşadığım streslər oldu. Çünki madiyyətin köləsi olmamışam. Heç vaxt pula işləmirdim, gələn qazancı saymırdım. Sonra yenidən hər şeyi bərpa edə bilmədim. Lakin yeni işlərim var".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





