Şou-biznes

Xoşqədəm: "Kimsə mənim oğluma qız vermək istəmir, verməsin"

23 Mart 2025 19:03
Baxış: 1 455
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Xoşqədəm Hidayətqızı açıqlaması ilə diqqət çəkib. 

Milli.Az xəbər verir ki, o aparıcısı olduğu "Günaydın, Azərbaycan" verilişində bir müddət əvvəl gəlinlərinin ona xidmət etməli olması ilə bağlı fikirlərinə aydınlıq gətirib:

"Bunu o mənada demişəm ki, bir gün mən qocaldım, Allah uzaq etsin, xəstə oldum, gəlin dayanacaq eləcə? O mənə xidmət etməlidir. Sevdiyi oğlanın anasına qulluq etməlidir. Niyə biz sevdiyimiz üçün hər şeyə gedirik, gəlin getməməlidir? Kimsə mənim oğluma qız vermək istəmir, verməsin. Bir dənə söz demişəm, adamı söydürəcəklər. Mən deməmişəm, əlim-ayağım tutsun, gəlin də gəlib mənə qulluq etsin. Əsla. Yaşlıyamsa, oğlumu sevən qız onun anasını da sevməlidir. İki cür ana var: övladını atan, mən onlara xidmət etmərəm, biri də var, övladı üçün ömürünü, həyatını məhv edən ana. Bəri başdan deyirəm, heç kəsin qapısına gəlib yalvarmıram, pis qayınanayamsa, oğluma qız verməyin". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.