Şou-biznes

Ajda Pekkan 32 il əvvəl - Açıqlaması ilə gündəm oldu - VİDEO

19 Mart 2025 07:01
Baxış: 552
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur müğənni Ajda Pekkanın plastik əməliyyatlarla bağlı illər əvvəlki müsahibəsi yayılıb. 

Milli.Az xəbər verir ki, o 1993-cü ildə müğənni Sezen Aksunun verilişinə qonaq olarkən gözəl görünmək üçün  plastik əməliyyatların vacib olduğunu qeyd edib. 

"Çoxlu plastik əməliyyat etdirmək mənim əlimdə deyil. Yolda xanım ya bəy kimi görsəm, onun plastik əməliyyata ehtiyacı varsa bunu mütləq ona bildirərəm. Bu mənim yaradıcı tərəfimdir. Əgər onun bir qüsuru varsa "Kaş tanış olaydı ona bunu bildirərdim" deyirəm.

Plastik əməliyyatlara marağım çoxdur. Bəlkə də bu səbəbdəndir ki, çoxlu əməliyyatlar etdirmişəm"- deyə o bildirib.

Müsahibədən də görünür ki, bu günə qədər bir çox plastik əməliyyat etdirən ifaçı 32 il əvvəl də eyni fikirdə  olub.(baku.ws)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.