Gülben Ergen qurucusu olduğu "Çocuklar Gülsün Diye" dərnəyi ilə Diyarbəkirdə faciəvi şəkildə həyatdan ayrılan Narin Güranın adını daşıyan 56-cı bağça açıb. Onun bu addımı böyük rəğbət qazanıb.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, Ergen açılışla bağlı paylaşım edərək dəstək verənlərə təşəkkür etsə də, məktəbin parkını bağışlayan Ceylan ailəsini qeyd etməməsi Demet Akalının narazılığına səbəb olub. Akalın bu məqamı sosial şəbəkədə vurğulayaraq Ergeni tənqid edib.
Sosial mövzularda daim fəal olan Gülben Ergen bu irada gecikmədən cavab verib. O, heç kimi qəsdən unutmadığını və layihənin əsas məqsədinin uşaqlara sevinc bəxş etmək olduğunu bildirib.
Bu hadisədən sonra Akalın sosial media hesablarında Ergeni izləməyi dayandırıb. Lakin G. Ergen həmkarını izləməyə davam edir.
Xatırladaq ki, ötən il avqustun 21-də Diyarbəkirdə itkin düşən 8 yaşlı Narin Güranın cansız cəsədi 19 gün sonra çayda tapılıb. Bu məsələ uzun müddətdir Türkiyə mediasının gündəmindədir.
Fidan
Milli.Az