Air Astana Qazaxıstan və Bakı arasında qış reyslərinə aviabiletlərin satışını açıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Air Astana 2026/2027-ci illərin qış uçuş cədvəli çərçivəsində Bakıdan Almatı və Atırau istiqamətlərinə aviabiletlərin satışını açıb. Uçuşlar Airbus A320 və Airbus A321LR tipli təyyarələrlə həyata keçiriləcək.
Qış mövsümündə Almatı - Bakı - Almatı marşrutu üzrə uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək. Bakı - Almatı istiqamətində aviabiletin qiyməti 320 manatdan başlayır. Atırau - Bakı - Atırau marşrutu üzrə uçuşlar həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və bazar günləri yerinə yetiriləcək. Bakı - Atırau istiqamətində aviabiletin qiyməti 228 manatdan başlayır.
Hazırda yay uçuş cədvəli çərçivəsində Air Astana Almatı və Bakı arasında həftədə dörd, Atırau və Bakı arasında isə həftədə beş reys həyata keçirir.
Birbaşa reyslərlə yanaşı, Azərbaycandan olan sərnişinlər Almatıda rahat bağlantılardan istifadə edərək aviaşirkətin Mərkəzi və Cənub-Şərqi Asiyadakı digər istiqamətlərinə səyahətlərini davam etdirə bilərlər. Bu istiqamətlər arasında Tailandda Phuket və Banqkok, Vyetnamda Phu Quoc, Cənubi Koreyada Seul, həmçinin Çində Pekin, Urumçi, Quançjou və Şanxay yer alır.
Tranzit sərnişinlər Air Astana-nın MySTOPOVER proqramından da yararlana bilərlər. Proqram çərçivəsində sərnişinlər səyahətləri zamanı Almatı və ya Astanada dayanacaq edə bilərlər. Paketlərin qiyməti 30 ABŞ dollarından başlayır. Paket gəlişdən ən azı 96 saat əvvəl rəsmiləşdirilməlidir.
Qış mövsümü üçün aviabiletlərin satışı artıq airastana.com saytında, Air Astana mobil tətbiqində, aviaşirkətin satış ofislərində və turizm agentliklərində açıqdır.
Air Astana - Qazaxıstanı Mərkəzi Asiya, Qafqaz, Uzaq Şərq, Yaxın Şərq, Hindistan və Avropa ölkələri ilə birləşdirən daxili, regional və beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən aviaşirkətlər qrupudur.
DİGƏR XƏBƏRLƏR
-
Bakıda 82 yaşlı kişi 9 mərtəbəli binadan yıxılaraq öldü
-
Hafiz Həsənovun məhkəməsində son qərar açıqlandı
-
"Ziraat Bank Azərbaycan" çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
-
TDT-nin müsəlman dini idarə rəhbərləri Ağdama gəliblər - (Foto)
-
Azərbaycanda quru sərhədlər açılır?
-
"Son mənzilə qədər Rəmişin yanında olmusunuz" - (Video)
XƏBƏR LENTİ
-
Bakıda 82 yaşlı kişi 9 mərtəbəli binadan yıxılaraq öldü
-
Hafiz Həsənovun məhkəməsində son qərar açıqlandı
-
Ronaldu "Əl-Nəsr"in sahibi olacaq?
-
"Ziraat Bank Azərbaycan" çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
-
TDT-nin müsəlman dini idarə rəhbərləri Ağdama gəliblər - (Foto)
-
Azərbaycanda quru sərhədlər açılır?
-
"Son mənzilə qədər Rəmişin yanında olmusunuz" - (Video)
-
Bir gündə 48 cinayət açıldı, 141 nəfər saxlanıldı
-
Limon turşusunun sirri açıldı - Limonla heç bir əlaqəsi yoxdur
-
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
-
Sabunçuda avtomobil piyadanı vuraraq öldürdü
-
Xames Rodriges millidən getdi
-
Sumqayıtda ağır qəza - Ölən və yaralanan var
-
Məkkəyə hücum cəhdi - Dron məhv edildi - (Foto)
-
Air Astana Qazaxıstan və Bakı arasında qış reyslərinə aviabiletlərin satışını açıb
-
UEFA Avropa Liqası: İlk turun matçları
-
Qadın köhnə peçenye qutusunu açdı - İçindən 259 min manatlıq sərvət çıxdı
-
TDT-nin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı keçirilir - (Foto)
-
Jurnalistləri daşıyan helikopter qəzaya uğradı - Ölənlər var - (Video)
-
Trampın sərvəti açıqlandı
-
Azərbaycan neftinin qiyməti 128 dollara çatdı
-
40 trilyon dollarlıq borc və müharibə: ABŞ-ı nə gözləyir?
-
Gülay Zeynallı tanımaz halda - (Video)
-
Azərbaycan AMERİPOL-da strateji tərəfdaşa çevrilir





